Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ müharibəsindən sonra İranın qorxusu: Zərif niyə tura çıxdı?

Tarix: 27-01-2021 10:33     Baxış: 3146 A- / A+
Qarabağ müharibəsindən sonra İranın qorxusu: Zərif niyə tura çıxdı?


İranda Dağlıq Qarabağdakı döyüş əməliyyatları dövründə bölgədə nələrin baş verdiyini tam anlamırdılar, amma indi proseslərə çatmağa çalışırlar.

Manevr.az xəbər verir ki, bunu Rusiyanın qlobal məsələlər üzrə baş redaktoru Fyodor Lukyanov deyib.

İslam Respublikası Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin regional səfərlərini şərh edən mütəxəssis bildirib ki, bu, İranın regional proseslərdən geri qalmamaq təşəbbüsləridir: “İran baş verənlərdən son dərəcə həyəcan keçirir. Son bir neçə ayda iranlı həmkarlarımla müxtəlif səviyyələrdə maraqlı əlaqələr qurdum. Əmin oldum ki, birincisi, onlar bölgədə baş verən dəyişikliklərdən son dərəcə narahatdır. İkincisi, hansı dəyişikliklərin baş verdiyini anlamırlar”.

Xüsusilə Tehranda Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələrin xüsusiyyətləri aydın deyil. Türkiyənin fəaliyyəti onlar üçün suallar doğurur.
Lukyanova görə, Qarabağdakı müharibə zamanı İranın passivliyi məhz bundan qaynaqlanıb: “Bu vəziyyətdə hansı mövqedə dayanacaqları, necə davranacaqları, regional vəziyyətin bundan sonra necə inkişaf edəcəyini özləri üçün aydınlaşdıra bilmədilər. İndi daha işgüzar istiqamət seçdilər. Əsas narahatlıqları kənarda qalmamaqdır”.

O bildirib ki, İranla Rusiya arasında kifayət qədər yaxın, lakin birmənalı olmayan münasibətlər mövcuddur. Heç kim İranı incitmək istəmir, amma Moskva, Ankara, İrəvan və Bakı Tehranın bir növ iştirakçı olmasında nə dərəcədə maraqlıdır - burada uyğunsuzluqlar var: “Ancaq İran diplomatiyası əzmkarlığı və bacarıqları ilə tanınır. Buna görə də düşünürəm ki, onlar proseslərə çatacaqlar. Axı İran bölgədə mühüm oyunçudur və diqqətdənkənar qala bilməz. Xüsusilə, bu, Yaxın Şərq və ilk növbədə Suriyaya aiddir”.

Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Cənubi Qafqaz ölkələri, Rusiya və Türkiyə səfərə çıxıb. Bakı və Moskva görüşlərindən sonra bu gün İrəvana yola düşən nazir daha sonra Tiflis və Ankaranı ziyarət edəcək.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar