Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Livana NOTA VERİB

Tarix: 25-01-2021 15:35     Baxış: 3160 A- / A+
Azərbaycan Livana NOTA VERİB

İkinci Qarabağ müharibəsi zamanı Livanda yaşayan yüzlərlə erməni Qarabağda Ermənistan tərəfindən döyüşüb. Hətta müharibə gedən ərəfədə “Reuters” agentliyi də digər ölkələrin vətəndaşları olan ermənilərin Dağlıq Qarabağda döyüşmək üçün bölgəyə getdikləri haqda informasiya yayıb.

Livan ermənilərinin Qarabağda döyüşməsi ilə bağlı sənədləşdirilmiş faktlar da mövcuddur.

Bəs Azərbaycanın Livandakı səfirliyi faktlarla bağlı Livan hökumətinə etiraz notası veribmi?

Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürov mövzu ilə bağlı Modern.az-a danışıb.

Səfir bildirib ki, məsələdən xəbər tutan kimi Livan hökumətinə etiraz notası yazıb:

“Dərhal məsələyə etirazımızı bildirmişik. Ancaq bu məsələdə Livan hökuməti ermənilərə heç nə edə bilmir. Hazırda Livanda 120 mindən çox erməni yaşayır. Livanda ikili vətəndaşlıq mövcud olduğundan burada yaşayan ermənilərin hamısının Ermənistan pasportu da var”.

Livandakı səfirimiz Livan ermənilərinin Qarabağda döyüşməsini qətiyyətlə pisləyib.

“Yerevan-Beyrut reysi var. Livanda yaşayan ermənilər həmin reyslə Ermənistan pasportu ilə birbaşa İrəvana uçurlar. Bəli, Vətən müharibəsi zamanı Livan erməniləri ikili vətəndaş kimi Qarabağda vuruşublar. Hətta onlar Ermənistan vətəndaşı olsalar da, Qarabağ Azərbaycan ərazisidir, gedib başqa dövlətdə vuruşmaları cinayətdir. İstənilən halda Livan ermənilərinin Qarabağda döyüşməsinə etiraz etmişik”,- səfir əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar