Sizin Reklam Burada
Xəbər lenti
22-10-2024
21-10-2024
BÜTÜN XƏBƏRLƏR

“Sən münəccimsən?..” - Siyavuş Novruzov

Tarix: 05-02-2017 10:15     Baxış: 492 A- / A+
“Sən münəccimsən?..”


“Hərdən müxtəlif çıxışlar olur. Biri deyir cənab prezident vitse-prezidentləri mart ayında təyin edəcək. Sən münəccimsən, yoxsa prezident vitse-prezident vəzifəsində kimi, nə vaxt təyin etməklə bağlı səndən məsləhətmi alır? Bu, prezidentin konstitusion səlahiyyətidir. Nə vaxt istəsə, o vaxt təyin edə bilər. Digər məsələlər də eləcə”.

Manevr.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində millət vəkili Siyavuş Novruzov deyib. O, bildirib ki, hökumətin formalaşması prezidentin səlahiyyətinə daxildir. Prezident seçiləndən sonra hökumət buraxılır, yenidən formalaşdırılır: “Kimi məsləhət bilirsə, vəzifəsində saxlayır, başqasının yerini dəyişir, yaxud məsləhət bilmədiyi adamı heç təyin etmir. Görürsən biri durub deyir ki, komanda dəyişməlidir. Sənin komandaya nə iradın var? Mən həmişə onun tərəfdarı olmuşam ki, konkretlik olsun. Yəni bu sahə zəifdir, işləmirsə, açıq deyilsin. Ümumi götürəndə işləyənlə işləməyənin haqqı bir-birinə qarışır. Elə sahə var ki, ümumiyyətlə, işləmir, heç onun adını çəkmirlər. Ancaq elə sahə də var, işləyir, qəsdən onu vurmağa çalışırlar ki, bu, niyə işləyir?”.

S. Novruzov deyib ki, bəzi adamlar yeni taktika seçiblər: “Prezidenti tərifləyək və bundan özümüzə qalxan yaradaq, yerdə qalanları tənqid edək. Mən də dedim ki, konkret sahədən danışın, ad-soyad çəkin, qoy ictimaiyyət də bilsin. Məsələn, hökumətin hesabatı olur, bir naziri tərifləyir, sonra da deyir mən hökumətin hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Bu da hökumətin üzvüdür də. Bu, köhnə işlənilmiş taktikadır, məlumatımız var. Söhbət ümumi komandanın fəaliyyətindən gedir, ona da nəzarət cənab prezidentdədir. Cənab prezident də kim çalışırsa, onunla əlaqədar qərar qəbul edir, vəzifəsini böyüdür, başqa işə keçirir, çalışmayan haqqında da qərarını verir, vəzifədən azad edir. Hətta korrupsiya və rüşvətlə məşğul olan haqqında da cinayət işi qaldırılır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar