Sizin Reklam Burada
Xəbər lenti
19-09-2025
18-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Ölkəmizə çox pis və təhlükəli insanlar doluşacaq" -Tramp

Tarix: 05-02-2017 09:33     Baxış: 4739 A- / A+
"Ölkəmizə çox pis və təhlükəli insanlar doluşacaq"


ABŞ prezidenti Donald Tramp bir neçə ölkənin vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıran miqrasiya fərmanının ləğvinin fəsadları barədə xəbərdarlıq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə olacağı təqdirdə ABŞ-a təhlükəli insanlar doluşacaq.

“Hakim qadağanı ləğv etdiyindən, ölkəmizə çox pis və təhlükəli insanlar doluşacaq”, - deyə o “Twitter” səhifəsində yazıb.

Tramp, qadağanın ləğv edilməsini “dəhşətli qərar” adlandırıb.

Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar