Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya çalxalanır- Putinin sonunun başlanğıcı gəldi

Tarix: 23-01-2021 10:42     Baxış: 3171 A- / A+
Rusiya çalxalanır- Putinin sonunun başlanğıcı gəldi

"Rusiya hakimiyyəti Aleksey Navalnının həbs olunmasına qarşı etirazların qarşısını almaq üçün müxtəlif tədbirlər görür. İki gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) qurucusunun bir neçə tərəfdarı tutulub, 21 yanvarda FBK vəkilləri Lyubov Sobol və Vladlen Los həbs olunub. Lyubov Sobol 250 min rubl cərimə ediləndən sonra sərbəst buraxılıb. İki gün əvvəl Navalnının mətbuat katibi Kira Yarmış və FBK-nın İstintaq İdarəsinin əməkdaşı Georgi Alburov saxlanılıb, onlar dünən məhkəmə qarşısına çıxarılaraq icazəsiz kütləvi tədbir təşkil etməkdə günahlandırılaraq 9 və 10 gün müddətinə həbs olunublar".

Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

O vurğulayıb ki, Moskva prokurorluğu internet nəhəngləri Facebook, TikTok, Twitter, Google və Mail-Groupa, öz növbəsində, beş internet xidmətinə razılaşdırılmamış mitinqdə iştirak etmək çağırışları ilə məlumatların yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edib:

"Rusiya Təhsil Nazirliyi valideynlərə uşaqlar və böyüklər üçün alternativ istirahət fəaliyyətləri - "meşədə gəzmək", "sevdiyiniz filmlərə baxmaq", "ailə üzvləri ilə yemək hazırlamaq"- təklif edərək valideynləri məktəblilərin etiraz aksiyalarına icazə verməməyə çağırıb. Bir sözlə Putin hakimiyyəti bütün resurslarını işə salaraq etirazları əngəllməyə çalışır. Amma artıq Maqadanda və Xabarovskda etirazçılar küçələrə axışır. Polislər Xabarovskda vilayət dumasının deputatı Maksim Kukuşkini saxlayıblar. Bu gün Rusiya çalxalanır. Putinin idarəçiliyindən təngə gələn caamat yalnız Navalnıyi müdafiə etmək üçün deyil, həm də rejimə yox demək üçün etiraz edir. Rusiyada yaşam şərtləri sürətlə pisləşir, qiymətlər bahalaşır, rubl dəyərdən düşür. Bu hələ son deyil, sonun başlanğıcıdır. Navalnıyın hazırladığı "Putinin sarayı: Dünyanın ən böyük rüşvətin tarixçəsi (Putin's palace. History of world's largest bribe)" video araşdırması Youtube-da 3 gün ərzində 65,109,046 dəfə baxılıb. Bu yalnız Navalnıya rəğbətin deyil, həm də Putinə olan nifrətin göstəricidir".yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar