Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Niyə “Dağlarda toy”? – Şuşanın işğalının “kod adı”nın izahı

Tarix: 19-01-2021 22:21     Baxış: 3199 A- / A+
Niyə “Dağlarda toy”? – Şuşanın işğalının “kod adı”nın izahı

Tarixi Azərbaycan şəhəri, Qafqazın incisi, mədəniyyət beşiyi hesab olunan Şuşa şəhəri 8 noyabr 2020-ci ildə 28,5 illik erməni işğalından möhtəşəm bir əməliyyatla azad edildi.

Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Şuşanın işğalı – erməni vəhşilərinin 8 may 1992-ci ildə həyata keçirdiyi əməliyyat “Dağlarda toy” adlandırılmışdı. Bu işğal əməliyyatının bu adla adlanmasının tarixçəsi isə belədir.

Şuşa şəhərini işğal etmək üçün döyüş əməliyyatları dörd istiqamətdə aparılıb, yəni şəhərə eyni vaxtda dörd istiqamətdən hücum edilib. Mayın 8-i, gecə saat 02:30 radələrində Kirsdəki mövqeləri (Laçın rayonunun Kirs kəndi və eyniadlı dağda yerləşən mövqelər nəzərdə tutulur. Kirs hazırda Köhnəkənd adlanır – red.) ələ keçirən, bununla da Laçın-Şuşa yolu üzərində nəzarəti götürən erməni ordusunun bölmələri Şuşaya daxil olur. Şəfəq sökülərkən işğalçıların qələbə rəmzi – erməni “trikolor”u artıq əzəmətli qala şəhərindəki dağılmış “Qazançı” (ermənilər “Surb Kazançetsots” deyirlər) məbədinin günbəzi üzərində dalğalanırdı. Bu, Azərbaycan tarixinin ən qara səhifələrindən biri idi...

Ümumiyyətlə isə əməliyyat tam olaraq mayın 9-u səhər saatlarında yekunlaşıb. Şuşanın işğalı Birinci Qarabağ müharibəsində ermənilərin sonrakı qələbələrinin, azərbaycanlıların isə ardıcıl məğlubiyyətlərinin başlanğıcını qoyan dönüş nöqtəsi olub. Şuşa işğal altına düşən ilk və 44 günlük Vətən müharibəsində işğaldan azad edilən sonuncu Azərbaycan şəhəri olub. Bu fikri Prezident İlham Əliyev də xalqa müraciətində bir neçə dəfə səsləndirib.

Burada bir haşiyə çıxaq. Azərbaycanın mədəni həyatında oynadığı rola, Azərbaycana bəxş etdiyi tarixi şəxsiyyətlərin, əvəzolunmaz sənətkarların sayına, tarixiliyinə, daim yadellilərin hədəfində olmasına və bir çox digər səbəblərə görə Şuşanı görən, görməyən hər bir azərbaycanlının həyatında müstəsna əhəmiyyətə malik şəhərin işğal altına düşməsi onlara ağlasığmaz zərbə oldu.

Britaniyalı jurnalist Tomas de Vaal 2005-ci ildə Moskvada çap olunan “Qara bağ: Azərbaycan və Ermənistan hərb və sülh arasında” kitabında yazır: “1992-ci ildə Şuşanın itirilməsi Azərbaycanın mədəni həyatına amansız zərbə oldu. Bir bakılı intelligent mənə dedi: “Bu xəbər bizə çatanda mən və mənim bir çox dostum sadəcə, hönkür-hönkür ağladıq”.

İndi isə əməliyyatın kod adının mənası barədə.

Beləliklə, Şuşanın tutulması vəzifəsi Xocalının işğalından dərhal sonra – 28 fevral 1992-ci ildə qarşıya qoyulur. Hücum əməliyyatına məsul olan qondarma “dqr”in müdafiə qüvvələrinin komandanı, “komandos” ləqəbli Arkadi Ter-Tadevosyan və onun müavini Samvel Babayan Şuşanın ələ keçirilməsinə dair əməliyyat planı işləyib hazırlayırlar. Plan Ermənistanın müdafiə naziri Vazgen Sərkisyana təqdim edilir. O isə planın yerinə yetirilməsinin son dərəcə qeyri-real, mümkünsüz olduğunu bildirir. Şuşanın tutulması halında mütləq evlənəcəyini söyləyir. Beləliklə, əli dinc azərbaycanlılarının qanına batmış 3 erməni azərbaycanlıların şəhərinin işğalı ilə bağlı mərc gəlirlər: Şuşa tutulsa, 33 yaşlı müdafiə naziri evlənəcək, toy isə Şuşa dağlarında çalınacaq. Şuşanın işğalı ilə nəticələnmiş əməliyyatın adı – “Dağlarda toy” belə yaranır...

Buradan o tərəfi bəlkə də oxucular üçün maraqlı deyil. Ancaq hər bir halda deməliyik ki, Şuşa tutulsa da V.Sərkisyan verdiyi sözü tutmur. O, baş nazir olarkən – 27 oktyabr 1999-cu ildə – 40 yaşında Ermənistan parlamentində terror aktı nəticəsində qətlə yetirilərkən subay idi.

Manevr.az
Niyə “Dağlarda toy”? – Şuşanın işğalının “kod adı”nın izahı
Niyə “Dağlarda toy”? – Şuşanın işğalının “kod adı”nın izahı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar