Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ haqda hansı məxfi razılaşma var? – Lavrovdan açıqlama

Tarix: 18-01-2021 16:25     Baxış: 4195 A- / A+
Qarabağ haqda hansı məxfi razılaşma var? – Lavrovdan açıqlama

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Qarabağ məsələsindən və 10 noyabr üçtərəfli razılaşmasından danışıb.
Manevr.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Lavrov Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan, Dağlıq Qarabağda döyüş əməliyyatlarını dayandıran həmin razılaşmaya heç bir “məxfi əlavə” mövcud olmadığını vurğulayıb.

Belə “məxfi əlavələrin” mövcud ola biləcəyi haqda indiyədək Ermənistanda hakimiyyətin opponentləri danışırdılar.

“Heç bir məxfi əlavələr yoxdur. Və mən bunu görmürəm ki, hansı mövzular hansısa “sirlərin” predmeti ola bilər”,-Lavrov deyib.

O, habelə Dağlıq Qarabağın Rusiyanın tərkibinə qatılmasının mümkünlüyü haqda təklifləri “ekzotik” adlandırıb. “Başa düşürəm, Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb, o cümlədən Ermənistan tərəfindən. Bizim heç buna yaxın gələn fikrimiz də yoxdur”,-nazir əlavə edib. Lavrov bildirib ki, Rusiya bundan sonra da regionda sülhün və stabilliyin təmin olunmasına yönələn həllin axtarılmasında Azərbaycana və Ermənistana kömək edəcək.

Rusiya xarici işlər naziri üçtərəfli razılaşmanın kifayət qədər effektiv yerinə yetirildiyini deyib və prezident Əliyevlə baş nazir Paşinyanın da belə qiymətləndirmə ilə çıxış etdiyini vurğulayıb.

Rusiya XİN rəhbəri həmin razılaşmada Dağlıq Qarabağın statusu məsələsinin yer almadığını xatırladıb. “Bu şüurlu şəkildə edilib. Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazi Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır”,-Lavrov bildirib.

Rusiya xarici işlər naziri əsirlər barədə də danışıb. Deyib ki, əsirlər məsələsində əvvəlcə ermənilərin böyük problemi vardı. Hər iki tərəf itkin düşmüş adamların siyahısını tərtib etməliydi.

“Bu məsələ Azərbaycan və Ermənistan nümayəndələrinin Moskvada baş tutmuş davamlı diskussiyasının bir hissəsi olub. Əsirlər məsələsində daha çox problem erməni tərəfində yaranmışdı. Tərəflər siyahıları hazırladılar, Azərbaycan da siyahı verdi və o, böyük siyahı deyildi və hamısı dərhal olmasa da qaytarıldılar. Bundan sonra itkin düşmüş azərbaycanlılarla bağlı hansısa digər situasiya olmadı”,-Sergey Lavrov bildirib.

Rusiya xarici işlər naziri deyib ki, erməni tərəfi öz əsirlərinin siyahısını dərhal və tam təqdim edə bilmədi./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar