Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və...”

Tarix: 17-01-2021 18:37     Baxış: 3179 A- / A+
“Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və...”

Ötən gün prezident Rəcəb Tayyib Ərdoğan da gələcəkdə Qarabağda sülhməramlıların varlığı və iştirakı olmadan proseslərə hazırlaşmağın gərəkli olduğunu bəyan etmişdi.

Manevr.az-ın məlumatına görə, politloq Azər Qasımov bildirib ki, Türkiyə Rusiyanın “sülhməramlı” adı altında hansı siyasəti həyata keçirdiyini, gizli planlarının olduğunu yaxşı anlayır.

Ekspertin sözlərinə görə, Rusiya həqiqətən də sülhməramlı missiya adı altında Qarabağda Azərbaycanın suverenliyini şübhə altına alan fəaliyyətlərlə məşğuldur:

“Sülhməramlıların statusu vacib məsələdir. Bu boşluqdan istifadə edən Moskva özbaşınalıqlar edir. Bu məsələnin Türkiyə tərəfindən gündəmə gətirilməsi bizim üçün çox vacibdir. Zamanla elə bir siyasi vəziyyət yaranacaq ki, Rusiya Türkiyənin regiondan çıxması üçün özü də burdan çıxmağa razı olacaq. Türkiyə bunun üçün nə lazımdırsa edəcək. Ərdoğanın Putinə “sülhməramlıların lazım olmayacağı dövrün gələcəyini” eşitdirməsi buna sübutdur. Türkiyə prosesləri Rusiya ilə bərabər səviyyədə masaya çıxarır. Ankara heç vaxt Rusiya "böyük dövlətdir", "onunla hesablaşmaq lazımdır" kontekstindən çıxış etmir. Doğru hesab etdiyi yoldan geri çəkilmir. Təbii ki, bu, kor-koranə istəyinə nail olmaq, "heç kimlə hesablaşmamaq" anlamına gəlmir. Siyasətdə harada durmağı bilən tərəf qazanır. Türkiyənin “dərin dövlət” ağlı, strateji planlama və oyun qurmaq qabiliyyətinə arxayın olmalıyıq. Əminliklə deyə bilərəm ki, Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və bunun üzərində işləyir. Yetər ki, biz rus xofundan azad olaq. Türkiyə regiona yerləşdikcə bizim maraqlarımızı daha uğurla qoruyacaq. Bundan xəbərimiz olmaya bilər, əsas odur ki, bizim Türkiyəyə inamımız tam olsun”./sherg.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar