Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

Tarix: 15-01-2021 18:20     Baxış: 4235 A- / A+
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək

Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirəcək.

Manevr.az xəbər verir ki, bu məsələ müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşündə müzakirə olunub.

Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib.

Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 15-də Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar