Sizin Reklam Burada
Xəbər lenti
04-12-2024
03-12-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiya Krımı işğal edib" -AĞ EV

Tarix: 04-02-2017 09:46     Baxış: 4615 A- / A+
 "Rusiya Krımı işğal edib"


“BMT-dəki nümayəndəmiz Nikki Heyli prezident Donald Trampın rəsmi mövqeyini ifadə edib”.

“İnterfaks-Ukraina” agentliyinin verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser səfir Nikki Heylinin (Nikki Haley) BMT-dəki çıxışına münasibət bildirərkən deyib.

Yeni administrasiyanın Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətində olub-olmadığı haqda suala Ş. Spayser belə cavab verib: “Mən düşünürəm ki, daimi nümayəndə Heyli Rusiyanın Krımı işğal etməsi ilə bağlı bizim narahatlığımızı çox dəqiq ifadə edib. O, bu barədə çox qətiyyətli və aydın danışıb”.

Xatırladaq ki, ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Heyli qurumdakı ilk rəsmi çıxışını Ukraynadakı vəziyyətə həsr edib. “Təəssüf ki, ilk açıq çıxışımda mən Rusiyanın Donbasdakı aqressiv addımlarını tənqid etməliyəm. Belə olmaz. Biz Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyirik, lakin Ukraynanın şərqindəki dəhşətli vəziyyət bizdən Rusiyanın fəaliyyətini kəskin şəkildə pisləməyi tələb edir”, - deyə o, söyləyib. N. Heyli Krım ətrafındakı duruma da toxunub. O, Krımı “Rusiyanın aqressiv fəaliyyətindən əziyyət çəkən Ukraynanın daha bir hissəsi” olaraq xarakterizə edib. Səfir bəyan edib ki, Rusiya bu ərazilər üzərində nəzarəti Kiyevə qaytarana qədər Krımla bağlı tətbiq olunmuş sanksiyalar qüvvədə qalacaq.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar