Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda erməni ordusu bura yerləşib – İrəvandan şok təsdiq

Tarix: 14-01-2021 13:12     Baxış: 4163 A- / A+
Qarabağda erməni ordusu bura yerləşib – İrəvandan şok təsdiq

Bu gün erməni informasiya mənbələri Qarabağla bağlı yaydıqları xəbərlərlə əslində özlərini işfa etdilər.

Manevr.az xəbər verir ki, ilk məlumat Qarabağda yerləşən “hərbi hissələrdən birində” 18 yaşlı “erməni əsgərin” ürək çatışmazlığından ölməsi barədədir.

Digər xəbər isə Azərbaycan Ordusunun guya “atəşkəsi kobudcasına” pozması və nəticədə “erməni əsgərin” ağır yaralanmasıdır. Erməni mediası ölən və yaralanan “əsgərlərin” keçmiş və qondarma “dqr”ə aid olduğu haqda yalanı elə bu qondarma qurumun rus sülhməramlılarının arxasında gizlənərək Xankəndidə “fəaliyyət göstərən” separatçı-terrorçu liderlərinə istinadla tirajlamışdı.

İnanılmaz bir informasiya şousu nümayiş etdirən erməni separatçı-terrorçuları mediaya açıqlamalarında “həqiqi hərbi xidmət keçən” 20 yaşlı Vardan Kirokasyanın “mövqedə olarkən qarşı tərəfdən açılan atəşlə” yaralandığını bildirdilər.

Az öncə isə rəsmən elan edildi ki, Ermənistan İstintaq Komitəsi Qarabağda yaralanan “əsgər”lə bağlı cinayət işi açıb, araşdırmalar aparır.

Təzadlı, bir-birini təkzib və Ermənistanın və ermənilərin iç üzünü, oyunlarını açan olduqca diqqətçəkən informasiyalardır.

Birinci məlumat Qarabağda “erməni hərbi hissəsi” olduğu haqdadırsa, ikinci xəbər erməni “əsgərin” hətta cəsarət edib, Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə dayanmasıdır.

Əvvəla, Ermənistan hansı əsasla Qarabağda “hərbi hissə” saxlayır? Niyə Azərbaycan ərazisini tərk etməyib bu hərbi hissə?

İkincisi, erməni “əsgər” Azərbaycan Ordusu ilə necə və hansı “bəyanat”la “üzbəüz mövqedə” dayanır?

10 noyabr 2020-ci il Bəyanatına əsasən, Ermənistan öz ordusunu Azərbaycan torpaqlarından çıxarmalı, Qarabağda silahlı əsgərlər olmamalıdır. Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə yalnız rus sülhməramlıları yerləşməlidir və erməni ordusunun da çıxması rus sülhməramlılarının yerləşməsi ilə paralel aparılmalıdır (Bəyanatın 4-cü bəndi: 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır).

Əvəzində isə biz nəyi müşahidə edirik: Ermənistan nəinki Qarabağda hərbçilər və hərbi hissələr saxlayır, eyni zamanda, onlar Azərbaycan Ordusu ilə üzbəüz mövqelərə yerləşdiriliblər. Belə olmasaydı, Qarabağda “erməni əsgərin” yaralanmasına görə məhz Ermənistanın İstintaq Komitəsi cinayət işi açmazdı.

Göründüyü kimi, Ermənistan 10 noyabr Bəyanatının şərtlərini və tələblərini ciddi şəkildə pozur.

Xatırladaq ki, hələ bir müddət öncə rusiyalı politoloq və hərbi ekspert Oleq Kuznetsov Azərbaycanın İsrail təcürbəsindən istifadə edərək, hətta rus sülhməramlılarının arxasında gizlənməyə çalışan erməni hərbi hissələrinə - 10 noyabr Bəyanatından sonra terrorçulara çevrilən silahlılara zərbə endirmək hüququnun olduğunu açıqlamışdı. “Bundan sonra İsrailin terrorçularla mübarizə təcrübəsini yada salaraq, rus sülhməramlılarının post xətti arxasında olsa belə, yaraqlıların məskunlaşdığı yerlərə qabaqlayıcı raket-artilleriya zərbələri endirilməlidir. Azərbaycan öz ərazisində öz təhlükəsizliyini təmin etmək üçün suveren hüquqa malikdir, sülhməramlılar bu məsələdə ona mane olmağa deyil, kömək etməyə çağırılıblar. Əminəm ki, belə bir nümunəvi qətliam əməliyyatı hələ də Xankəndidə oturan erməni separatçılarının və Rusiya sülhməramlılarının ağlını başına toplayacaq, çünki Kreml ona reaksiya verməyə məcbur olacaq”.

Rus sülhməramlıları mülki erməniləri qorumaqla bərabər, erməni hərbçilərinin və silahlılarının Ermənistana geri çəkilməsi, başıpozuq dəstə və ya komandanlığın qərarından imtina edənlərin isə terrorçu kimi zərərsizləşdirilməsi prosesinə dəstək verməlidir. Buna görə də Azərbaycan Ordusunun rus sülhməramlılarının arxasında gizlənən erməni terrorçu birliklərinə zərbə endirməsinə şərait yaratmalıdırlar.

10 noyabr Bəyanatından sonra Qarabağda qalan silahlı ermənilərin artıq terrorçu olduğu və onların hərbi əsir hesab edilməsinin mümkünsüzlüyü barədə Prezident İlham Əliyev iki dəfə ardıcıl bəyanat verib və açıq, prinsipial mövqe ortaya qoyub. Buna görə də Ermənistanın bu oyunu çox ciddi fəsadlara rəvac verə bilər.

Rus sülhməramlıları da ən qısa müddətdə erməni əsgərin Qarabağda "xidmət keçməsi"nə, həm də Azərbaycan Ordusu ilə “üzbəüz mövqedə” dayanmasına aydınlıq gətirməlidir.

Əks halda Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı artıq suverenliyimiz və təhlükəsizliyimiz səbəbindən məcburi addıma çevrilir./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar