Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Zəngəzurla bağlı təcili toplantı keçirdi

Tarix: 13-01-2021 17:21     Baxış: 4272 A- / A+
Paşinyan Zəngəzurla bağlı təcili toplantı keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsində təhlükəsizlik mövzusunda iclas keçirib.

Manevr.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, iclasda sosial-iqtisadi məsələlərə xüsusi yer verilib.

Paşinyan çıxışı zamanı Sünik sərhəd zolağında ciddi dəyişikliklərin edildiyini diqqətə çatdırıb:

“İclasımız Sünik bölgəsinin problemlərinə həsr olunub. Bu gün çoxsaylı məsələləri müzakirə etməliyik. Məlum hadisələrlə əlaqədar Sünik sərhəd zolağında ciddi dəyişikliklər baş verdi. Bu gün Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bölgədə həyata keçirilən fəaliyyətimizi müzakirə etməliyik. Süniki dövlətçiliyimizin onurğası hesab etməyimin səbəbi var. Bütün ölkədə təhlükəsizliyi təmin etməli olsaq da, burada Sünik müstəsna əhəmiyyətə malikdir”.

Hökümət başçısı sərhəd icmaları statusunda olan topluluqların konkret sosial-iqtisadi proqramların müzakirəsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

Bildirək ki, iclas zamanı Nikol Paşinyan icmaların və yolların təhlükəsizliyinin təmin edilməsi, "sərhəd məntəqələrinin müəyyənləşdirilməsi", vətəndaşların əmlak ziyanının mümkün kompensasiyası və bir sıra digər məsələlərin həlli barədə məlumatlandırılıb./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar