Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Kreml ya ikili oynayır, ya da ki...” - Politoloqdan maraqlı ŞƏRH

Tarix: 12-01-2021 21:53     Baxış: 4176 A- / A+
“Kreml ya ikili oynayır, ya da ki...” - Politoloqdan maraqlı ŞƏRH

“Rusiyadakı ermənilər Moskva bəyanatına imza atan Nikol Paşinyanı batırmaq üçün əllərindən gələni edirlər”.

Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya rəhbərliyindən Ermənistan baş nazirinə edilən təzyiqlərə diqqət çəkib:

“Kreml ya ikili oynayır, ya da ki, Rusiyadakı ermənilərinə nəzarət edə bilmir. Rusiya prezidenti Vladimir Putinin vasitəçilyi ilə yanvarın 11-də Moskvada azərbaycanlı və erməni həmkarıyla üçtərəfli görüş keçirildi. Rusiya prezidenti görüşün nəticəsindən razı qaldığını bildirdi, üstəgəl, Kremlin nəzarətindəki media da görüşü uğurlu adlandırıb.

Buna baxmayaraq, Rusiyadakı ermənilər Moskva bəyanatına imza atan Nikol Paşinyanı batırmaq üçün əllərindən gələni edirlər. Məsələn, Rusiya ermənilərinin lideri Ara Abramyan əvvəlcə Paşinyana ultumatum verdi ki, “Moskvaya gəlmə”, bu alınmadıqda Ermənistanın Rusiya səfirliyi qarşısında etiraz təşkil etməyə çalışdı.

Kremlin nəzarətindəki və erməni jurnalist Marqarita Simonyanın rəhbəri olduğu “Sputnik” agenltliyinin Ermənistandakı ofisi olan “Sputnik Ermənistan” faktiki Paşinyan əleyhinə olan qüvvələrin informasiya ruporuna çevrilib. Paşinyan əleyhinə ən sərt, bəzən isə təhqiramiz yazılar məhz “Sputnik Ermənistan” agentliyində yayımlanır. Misal üçün agentlik dünənki Moskva görüşü barədə yazı yayınlamaq əvəzinə “Paşinyan Ermənistan iqtisadiyyatına 38 milyard dolar zərər vurub” və “Ermənistan Sünikdə nə qədər torpaq itirdi” yazılarını yayınlayıb”.

Elxan Şahinoğlu hesab edir ki, Kreml Ara Abramyanın da ipini yığa bilər:

“Marqarita Simonyana da deyə bilər ki, “hələ ki, Paşinyan bizə lazımdır, onu az tənqid edin”. Kreml bunları etmirsə, demək Paşinyana qarşı “kökə və qamçı” siyasətindən çıxış edir. Kreml bir tərəfdən Paşinyana imzalatdığı 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirdir, digər tərəfdən Ara Abramyan və Marqarita Simonyan kimilərdən istifadə edərək Ermənistanın baş nazirini qamçılayaraq ona təzyiqini davam etdirir. Yəni Kreml keçmişdə zəhləsi getdiyi Paşinyana demək istəyir ki, “Sən artıq bizim əlimizdəsən”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar