Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sərkisyandan şok etiraflar: “Artıq Qarabağı itiriblər...”

Tarix: 12-01-2021 09:15     Baxış: 4167 A- / A+
Sərkisyandan şok etiraflar: “Artıq Qarabağı itiriblər...”

“Ermənistan Prezidenti Armen Sərkisyan “Dördüncü Respublikaya doğru” adlı məqaləsində soydaşlarının səsləndirmədiyi acı etirafı dilə gətirib: “Ermənilər tarixləri boyu imperiyaların əlində alət olublar”.

Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Osmanlı Türkiyəsindəki ermənilər məhz başqa imperiyalara nökərliyə üstünlük verərək yaşadıqları dövlətə xəyanət etdilər:

“Ermənistan prezidentinin başqa bir etirafı isə bizim “ermənilərin heç zaman dövləti olmayıb” arqumentimizin təsdiqidir: “Əsrlər boyu dövlətimiz olmadı, bunsuz ermənilərin yox ola biləcəyi təhlükəsi yaranmışdı. Nəhayət arzumuz reallaşdı, himnimiz, bayrağımız oldu”. Bizim illərlə dediyimiz də elə budur ki, ermənilər Cənubi Qafqaza və Dağlıq Qarabağa gəlmə xalqdır. Ermənistan prezidentinin bu cümləsindən beynəlxalq konfrans və seminarlarda gen-bol istifadə edə bilərik.

İkinci, Armen Sərkisyan başqa bir etirafında bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərində müstəqilliyini qazanıb Dağlıq Qarabağı ələ keçirsə də, dövlət quruculuğu ilə məşğul olmayıb, bu illərdə dövlət və ordu quruculuğunun yalnız imitasiyasıyla məşğul olub: “ Azərbaycan isə 20 il ərzində həm ordusunu gücləndirib, həm də informasiya savaşında dünyada özünə daha çox tərəfdar toplayıb. Biz 1994-cü ildə Qarabağ savaşında qələbə əldə etdikdən sonra yanlış olaraq məsələnin həll olunduğunu düşündük və heç nə ilə məşğul olmadıq, ağır nəticəsi göz qabağındadır”.

Üçüncü, Ermənistan prezidenti müharibədən sonra səsləndirdiyi firkirləri bir daha təkrarlayıb: “Baş nazir istefa verməli, yeni seçkilər keçirilməli, buna qədər isə dövləti müvəqqəti keçid hökuməti idarə etməlidir. Sərkisyan özünün, yəni prezidentin müvəqqəti hökumətə nəzarət etməsi zərurətini vurğualyıb”.

Elxan Şahinoğlu qeyd edib ki, Sərkisyan Ermənistan qarşısında dayanan hədəfləri də sıralayıb:

“1. Müharibənin nətcilərini ortadan qaldırmalıyıq, əsirləri geri qaytarmalıyıq, yaralıları müalicə etməliyik, yaranan ağır sosial problemləri bərpa etməliyik;

2. Ermənistanı siyasi və iqtisadi böhrandan qurtarmaq üçün “yol xəritəsi” hazırlamalıyıq;

3. Konstutisiyanı dəyişmək məqsədilə hüquqi baza formalaşdırlamlıyıq”.

Beləliklə, Armen Sərkisyan yazıb ki, “Üçüncü Ermənistan Respublikası” geridə qalıb, “Dördüncü Respublika” qurulmalıdır. Məsələ burasındadır ki, 3 respublikanı yox edən düşüncə tərzi “dördüncüsünü” hansı düşüncə tərzi ilə quracaq? Çünki düşüncə tərzi yenə eyni olaraq qonşu dövlətlərin ərazi iddiası əsasında formalaşaqsa, “dördüncü respublikanın” ömrü də uzun çəkməyəcək.

Armen Sərkisyan geniş yazısında ermənilərə doğruları deməklə yanaşı əsas fikrin üstündən sükutla keçib, ya da qorxub həmin tezisi qələmə almağa. Onun yazısında əsas tezis “Ermənistanın varlığı və gələcək inkişafı üçün qonşularla normal münasibətlər qurmalıyıq və regional əməkdaşlığın tərkib hissəsi olmalıyıq” cümləsi olmalıydı, bunsuz onun arzuladığı “dördüncü respublikanın” gələcəyi yoxdur. Buna baxmayaraq, Ermənistan prezidentinin geniş yazısının heç bir yerində Dağlıq Qarabağın gələcəyi ilə bağlı bir cümlə də yoxdur, yəni bu özü etirafdır ki, bu bölgəni artıq itiriblər və geri qaytarılması üçün imkanları yoxdur və olmayacaq”./“yeni sabah”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar