Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Korotçenko: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub və olacaq da”

Tarix: 11-01-2021 19:03     Baxış: 4164 A- / A+
Korotçenko: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub və olacaq da”

“Görüş Qarabağ nizamlanması məsələsindəki bütün nüansları nəzərə ala bilməyən üçtərəfli bəyanatın praktiki reallaşdırılması üçün lazımdır”.

Manevr.az xəbər verir ki, bunu “report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvada baş tutan üçtərəfli danışıqlarını şərh edərkən deyib.

“Birinci məsələ Dağlıq Qarabağ ərazisində tam demilitarizasiyadır, istisnasız olaraq bütün erməni hərbi birləşmələrinin çıxarılmasıdır. Azərbaycan ərazisində silahlı erməni olmamalıdır. İkinci məsələ sərhədlərin müəyyənləşdirilməsi və onların demarkasiyasıdır. Sərhəd xətti açıq şəkildə qeyd edilməlidir. Üçüncü məsələ Ermənistandan keçməklə Naxçıvana açılacaq nəqliyyat dəhlizidir. Həmçinin qaçqınların geri qaytarılması məsələlərinə də toxunmaq lazımdır”, - İ.Korotçenko bildirib.

Ekspert hesab edir ki, Ermənistan cəmiyyəti hazırda qisas istəmir, çünki Paşinyanı devirmək cəhdləri nəticəsiz qalıb: “Heç bir qisas hissi yoxdur və olmayacaq da. Dağlıq Qarabağ Azərbaycanın olub, Azərbaycanındır və həmişə də Azərbaycanın olacaq. Bundan irəli gələrək Ermənistan öz siyasi sistemini qurmalıdır. “Böyük Ermənistan” xülyası heç vaxt gerçəkləşməyəcək. İndi Ermənistan gücünü bərpa etməli, iqtisadi proseslərə qoşulmalı, Türkiyə və Azərbaycanla əlaqələr qurmalıdır. Ermənistanın buna ehtiyacı var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar