Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Paşinyana zəng edirlər, əmr gəlir ki, Azərbaycan necə desə, elə edin”

Tarix: 10-01-2021 21:33     Baxış: 4170 A- / A+
“Paşinyana zəng edirlər, əmr gəlir ki, Azərbaycan necə desə, elə edin”

Ermənistanın sabiq baş naziri Hrant Baqratyan Zəngəzura səfər edib və daha sonra sosial şəbəkə hesabında açıqlama verib.

Manevr.az xəbər verir ki, Baqratyan sərhədlərin müəyyən olunması barədə yerli sakinlərlə söhbət edib: “Bütün günü Sünikdə (Zəngəzur) keçirtdik. Vətəndaşlarla, hərbçilərlə və ictimai xadimlərlə görüşlərimiz oldu. Birinci sual Ermənistan Respublikasının sərhədləri məsələsi idi. Onların necə təyin olunduğunu yerində yoxladıq. Aşağıdakı sadə sxemin işlədiyi ortaya çıxdı”…
“Paşinyana zəng edirlər, əmr gəlir ki, Azərbaycan necə desə, elə edin”

Onun sözlərinə görə, yüksək rütbəli bir Azərbaycan zabiti bu əraziyə gəlir, cibindən bir “Samsung” telefonu çıxarır, onu Google GPS-ə qoşur və deyir ki, bura sərhəddir. Bizimkilər öz növbəsində iPhone-da bunun belə olmadığını göstərəndə azərbaycanlılar işə qarışırlar və deyirlər ki, Paşaya (baş nazir Nikol Paşinyanı nəzərdə tutur – red.) zəng edin. Və zəng edəndən sonra bizimkilərə əmr gəlir ki, Azərbaycan hərbçiləri necə deyirsə, elə də edin”.

Baqratyan prezidenti də unutmayıb və replika atıb: “Yeri gəlmişkən, uşaqlar Armen Sarkisyanı (Ermənistan prezidenti – red.) sərhəd qəsəbələrindən birində görmək istəyirlər. Çoxlu hədiyyələrlə yaxşı bir Şaxta baba olacağını deyirlər. Ona deyirdim ki, mənimlə İrəvanda görüşsün. İndi təəssüf ki, qaçır”.

Qeyd edək ki, sərhədlərin demarkasiyası heç də Baqratyanın dediyi kimi aparılmır, proses zamanı GPS-lə yanaşı, SSRİ vaxtında qüvvədə olan xəritələrdən və müxtəlif sənədlərdən də istifadə olunur
“Paşinyana zəng edirlər, əmr gəlir ki, Azərbaycan necə desə, elə edin”

Ermənistan Ombudsmanı Arman Tatoyan da bir neçə gün əvvəl Zəngəzurun Gorus şəhərinə səfər etmişdi və sərhədlərin müəyyən edilməsi mexanizmi ilə maraqlanmaşdı. Onun sözlərindən belə aydın olurdu ki, bütün GPS sistemlərində ərazilər Azərbaycanın tərəfinə düşür, ona görə də Tatoyan bu sistemi “yanlış” saymış və iddia etmişdi ki, bəzi xəritələrdə o ərazilər, məsələn, Şurnuxu kəndi Ermənistanın ərazisi kimi görünür. Bəli, məhz “bəzi xəritələr”də Ermənistan ərazisidir, amma GPS-də və əsas xəritələrdə Azərbaycan kəndidir.
“Paşinyana zəng edirlər, əmr gəlir ki, Azərbaycan necə desə, elə edin”

Elə Tatoyanın bu açıqlamasından aydın olur ki, Azərbaycan tərəfi sərhədləri dəqiqliklə müəyyən edir. Həm GPS, həm də SSRİ vaxtının mərkəzi hakimiyyəti tərəfindən təsdiqlənmiş xəritələr vasitəsilə iş aparılır. Tatoyan isə sadəcə, “bəzi xəritələr”ə ümid bağlayır./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar