Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan Moskva görüşünün gündəliyini açıqladı

Tarix: 10-01-2021 17:26     Baxış: 3157 A- / A+
İrəvan Moskva görüşünün gündəliyini açıqladı

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 11 yanvarda Moskvada keçiriləcək danışıqların gündəliyi iqtisadi xarakter daşıyır. Ərazi məsələləri ilə bağlı heç bir sənəd imzalanmayacaq.

Manevr.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan Feysbuk səhifəsində yazıb.

Gevorkyannın sözlərinə görə, söhbət Ermənistandan Rusiya və İrana, eləcə də Ermənistanın mərkəzi regionlarından Sünik (Zəngəzur) bölgəsinə regional rabitə, beynəlxalq yük daşımalarının açılmasından gedir.

Gevorkyan “Mehri dəhlizi” ilə bağlı Bəyanatda hər hansı bəndin olmaması haqda Paşinyanın fikrini də təkrarlayıb və bildirib ki, həmin ərazilərdə “kommunikasiyaların açılmasından” söhbət gedir.

Bu yerdə 10 noyabrda imzalanan Bəyanatın 9-cu bəndini xatırlamamaq olmur:

“9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar