Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Xocalı aeroportunu bağlayır? - Uçuşlar olmayacaq və...

Tarix: 08-01-2021 22:52     Baxış: 4203 A- / A+
Azərbaycan Xocalı aeroportunu bağlayır?

“Dövlət başçısı İlham Əliyevin qısa bir vaxtda Füzulidə bəynəlxalq aeroportun tikilib istifadəyə veriləcəyini qeyd etməsi strateji əhəmiyyət kəsb edir. Bununla da Xocalı aeroportu bağlanacaq”.

Manevr.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Xocalı aeroporotu kiçik tutumlu təyyarələri qəbul edir və müasir standartlara cavab vermir:
“Baxmayaraq ki, hazırda orada bizim nəzarətimiz olmasa da, hava məkanı Azərbaycanın nəzarətindədir və oradan uçuşlar mümkün deyil.
Bundan əlavə, Rusiya tərəfi sülhməramlı qüvvələrin lojistik dəstəyi üçün Xocalı aeroportunun açılmasında israrlıdır. Kiçik tutumlu hərbi nəqliyyat təyyarələrinin bura eniş etməsinə çalışır. Azərbaycan buna razılıq vermir. Çünki bu, siyasi-strateji əhəmiyyət kəsb edir. Azərbaycan buna icazə verərsə, müəyyən fəsadları mümkündür.

Rusiya faktiki olaraq 5 il ərzində Qarabağda olacaq. Ona görə də Füzuli aeroportu açılandan sonra, Azərbaycanın nəzarəti altında Rusiya təyyarələri bura eniş edəcək. Nəzərə alaq ki, Türkiyə hərbiçiləri də Qarabağdadı və Füzuli aeroportuna qardaş ölkənin hərbi təyyarələri də eniş edəcək. Buradakı hərbiçilərinin təminatını hər iki ölkə qısa vaxtda təmin etmək iqtidarında olacaq. Xocalı aeroporotundan isə təktərəfli Rusiya istifadə edəcəkdir”.

Politoloq Azərbaycanın Xocalı aeroportunun əhəmiyyətini sıfıra endirəcəyini bildirib:

“Azərbaycan bundan sonra Xocalı aeroportunun əhəmiyyətini tam sıfıra endirəcək və ümumiyyətlə adi bir Helikopter uçuşuna icazə verməyəcək. Bu aeroportu beynəlxalq aviasiya sistemindən çıxaracaq. Füzuli aeroportu Qarabağ zonasında bir beynəlxalq aeroport olacaq”./redaktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar