Xəbər lenti
Ermənistan Laçın dəhlizini özünün cılız siyasi oyunları üçün istifadə edir - Video

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yanvarın beşində Dağlıq Qarabağda olub və özünü qondarma qurumun başçıları elan edən şəxslərlə görüşüb.
Manevr.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin hazırladığı növbəti təhlildə deyilir.
Video təhlil layihənin “YouTube” kanalında yerləşdirilib.
Hələ bir neçə ay bundan əvvəl oxşar xəbər, yumşaq desək, təəccüb doğurmazdı. Belə ki, Ermənistan rəsmiləri mütəmadi olaraq separatçı rejimlə əlaqədə olub, baxmayaraq ki, bütün dünyada olduğu kimi, bu qondarma təsisatı rəsmi olaraq qəbul etməyib.
Lakin bu gün başqa ölkəni təmsil edən rəsmi şəxslərin rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər etməsi, ilk növbədə Azərbyacan, Rusiya və Ermənistanın imzaladığı birgə bəyanatın kobud pozulmasıdır.
Tərəflər Ermənistanla Dağlıq Qarabağ arsında əlaqənin təmin edən Laçın dəhlizini istisnasız olaraq yalnız humanitar məqsədlərlə istifadə ermək öhdəliyini götürüb.
Təhlildə qeyd olunur ki, Azərbaycan heç zaman dəhlizin yuxarıda qeyd olunan məqsədlər üçün istifadə edilməsinə mane olmayıb və öz üzərinə götürdüyü öhdəlikləri dürüst yerinə yetirib.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar