Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Bütün surprizlərə hazırlıqlı olmalıyıq” - Fazil Mustafa

Tarix: 05-01-2021 22:32     Baxış: 3142 A- / A+
“Bütün surprizlərə hazırlıqlı olmalıyıq” - Fazil Mustafa

Qarabağda yerləşən sülhməramlıların tərkibinə Azərbaycan nəzarət etməlidir. Çünki bilavasitə bəyanatda nəzədə tutulan say var. O sayı keçilərsə, o zaman Azərbaycan avtomatik olaraq Türk qüvvələrinin sayının bölgədə artırılmasına nail olmalıdır. Türkiyədən gələn qüvvələr rus sülhməramlılarının sayı ilə eynilik təşkil etməlidir.

Manevr.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Onun fikrincə, Qarabağda fövqaladə hallar və başqa qurumlar çalışmağa başlayırsa, eyni sayda Azərbaycan da bu mexanizmi Türkiyə üzərindən genişləndirməlidir:

“Çünki bəyanatın qəbul olunmasında Türkiyənin mühüm rolu var. Ona görə də Türkiyədən gələn qüvvələr bölgədə aktiv rol almalıdır. Hansısa bir şəkildə bu istiqamətdə Azərbaycanı narahat edən amil varsa, ona qarşılıq müəyyən addımlar atılmalıdır. Azərbaycanla razılaşdırılmadan hər hansı bir kontingentin sayının artırılması yolverilməzdir. Orada olan istənilən planlaşdırma barədə Azərbaycan məlumatlandırılmalıdır. Əks halda belə bir məlumatlandırma olmasa, Azərbaycanın özünün suveren hüquqlarından istifadə edərək müəyyən qabaqlayıcı addımlar atmağa haqqı olacaq. Orada olan proseslərlə bağlı geniş məlumat yoxdur. Ona görə də olacaq bütün surprizlərə hazırlıqlı olmalıyıq”.

Partiya sədrinə görə, əvvəlki dövrlərdə separatçı rejimə müəyyən dəstək verilib:

“Bu gün isə status dəyişib. Sülhməramlı funksiyaya uyğun fəaliyyət olmalıdır. Əgər bundan kənara çıxılacaqsa, Azərbaycana buna reaksiya verməlidir. Bütövlükdə orada atılan bütün addımların Azərbaycanla koordinasiya edilməsi vacibdir. Bu olunmasa, Azərbaycan sülhməramlıların bölgədə yerləşməsinə qarşı qəti mövqeyini ortaya qoymalıdır. Çünki missiyadan kənara çıxmaq qətiyyən yolverilməzdir”./teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar