Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan Azərbaycanla o sənədə də imza atıb” – Erməni generaldan şok iddia

Tarix: 04-01-2021 19:34     Baxış: 3250 A- / A+
“Paşinyan Azərbaycanla o sənədə də imza atıb” – Erməni generaldan şok iddia

“Baş nazir Nikol Paşinyan təslim olmaq üçün generallardan başlayaraq ordununun başını tamamilə kəsib atdı və istəyinə nail oldu. Dağlıq Qarabağı tamamilə itirdik, indi də Ermənistan sərhədlərini itirməyə başlamışıq”.

Manevr.az xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin keçmiş idarə rəisi, ədliyyə general-mayoru Tatul Petrosyan söyləyib.

“Bilmirəm ümumiyyətlə ona hesabat verirlər, yoxsa ölkədə baş verənlər barədə kimisə dinləyir? Deyə bilərəm ki, tamamilə reallıqdan uzaqdadır, qəhrəmanlarımızı nüfuzdan salmaqla təslim olmağı bacardı. İndi Ermənistanın sərhədlərini Azərbaycana vermək üçün sərhəd bölgələrindəki icmalarımızın rəhbərlərini təqib etməyə başlayıb. Təəccüblüdür ki, onları həbs cəzası nəzərdə tutulmayan axmaq maddələrlə həbs etdirir”, - Petrosyan qeyd edib.

General Paşinyanı “vətəni və müqəddəs dəyərləri olmayan adam” adlandırıb: “O, insanları evlərindən məhrum edir. Vorotan və Şurnuxda 12 ev türklərə verilməlidir, üstəgəl təzminat veriləcəyini söyləyir”.
Petrosyan hesab edir ki, Sünikdəki (Zəngəzur) demarkasiyadan sonra Geğarkunik və Tavuş bölgələrində bu proses davam etdirəcək:

“Artıq bu proses başlayıb. Əminəm ki, Paşinyan təkcə 9 bəndlik bir bəyanatı imzalamayıb, əminəm ki, ortada başqa razılaşmalar da var, hələlik şifahi danışırlar, amma düşünürəm ki, yazılı olanlar da var. Əminəm ki, bütün bunların nəticəsi olaraq beynəlxalq bir müqavilə imzalanacaq”.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar