Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağa gəlirik, ermənilər təxribat törətsə...” - Türkiyəli generaldan ŞOK AÇIQLAMA

Tarix: 04-01-2021 16:45     Baxış: 4250 A- / A+
“Qarabağa gəlirik, ermənilər təxribat törətsə...” - Türkiyəli generaldan ŞOK AÇIQLAMA

“Tezliklə Azərbaycanın 1 milyona yaxın məcburi köçkünü Türkiyə sülhməramlılarının müşaiyətilə Qarabağda öz ata-baba torpaqlarına geri qayıdacaqlar”.

Manevr.az xəbər verir ki, bu fikirləri Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib.

Kürşat Atılgan deyib ki, Türkiyə hərbiçilərindən ibarət digər heyət də Azərbaycana gəlməyə hazırlaşır:

“İnşallah ən yaxın zamanda onlar Azərbaycana gələcəklər və Qarabağda xidmətlərinə başlayacaqlar.

Türkiyə hərbiçiləri də Rusiya sülhməramlıları kimi Qarabağda xidmət aparacaqlar. Əgər ermənilər Qarabağda təxribata cəhd edərsə, o zaman Türkiyə sülhməramlıları buna imkan verməyəcək. Çünki biz yaxşı bilirik ki, müharibəni uduzan Ermənistan Ordusu tamamilə məhv olmaq astanasında idi. Rusiya sülhməramlıları onları son anda xilas etdi.

Ancaq ermənilər də ağıllarını başlarına toplamalı və təxribatlardan əl çəkməlidirlər. Əks halda, Türkiyə və Azərbaycanın hörmətli rəhbərlərinin də dediyi kimi, bunun nəticələri onlar üçün daha sarsıdıcı olacaq. Türkiyə ədalətdən və sülhdən yanadır. Biz qardaş Azərbaycan kimi regionda daimi sülhün bərqərar olmasını istəyirik. Azərbaycan Ordusununun 2020-ci ildə qazandığı möhtəşəm Qarabağ zəfəri də bu sülhün bərqərar olması üçün zəmin yaratdı. Bundan sonra Ermənistan xalqı çalışıb normal qonşu və dost kimi yaşamağı bacarmalıdır”.

Türk general qeyd edib ki, Ermənistanın işğalı nəticəsində Qarabağdan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyona yaxın azərbaycanlı tezliklə öz evlərinə qayıdacaq:

“İnşallah bu qayıdış qardaş Türkiyə sülhməramlılarının müşaiyətilə reallaşacaq. Artıq azərbaycanlı qardaş və bacılarımız qaçqın deyillər, onların torpaqları azaddır. Qəhrəman Azərbaycan əsgərlərinin sayəsində onlar tezliklə öz doğma evlərinə qayıdacaqlar”./demokrat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar