Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Separatçılardan revanş cəhdi: “Bu, yeni müharibəyə səbəb ola bilər” - ŞƏRH

Tarix: 03-01-2021 19:28     Baxış: 4193 A- / A+
Separatçılardan revanş cəhdi: “Bu, yeni müharibəyə səbəb ola bilər” - ŞƏRH

2018-ci ildə Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra siyasi mövqeləri xeyli zəifləyən Qarabağ klanı yenidən fəallaşıb.

Müharibədəki məğlubiyyətdən sonra Köçəryan-Sarkisyan klanının Ermənistanda və Dağlıq Qarabağdakı radikal qüvvələri öz tərəfinə çəkməsi üçün əlverişli imkan yaranıb. Digər bir səbəb isə Rusiya sülhməramlı qüvvələrinin münaqişə bölgəsinə yerləşməsidir. 1990-cı illərin əvvəllərində olduğu kimi Dağlıq Qarabağdakı rus qoşunu erməni separatçılarının həm də siyasi himayəçisi rolunda çıxış edir. Bu əmrin isə Kremldən gəldiyi şübhə doğurmur.

Aparılan müşahidələr Rusiyanın Dağlıq Qarabağda məhv olmuş qondarma rejimi dirçəltməklə məşğul olduğunu göstərir. Artıq Xankəndidə ikitirəlik yaranıb. Daha doğrusu, xuntaya Araik Harutunyan rəhbərlik etsə də, son vaxtlar Vitali Balasanyanın adı daha çox çəkilir. 1992-ci ildə Şuşanın işğalı əməliyyatına başçılıq edənlər biri olmuş Balasanyan hazırda özünü qondarma rejimin Təhlükəsizlik Şurasının katibi kimi təqdim edir. Əldə olunan məlumatlar Rusiyanın ona xüsusi etimad göstərdiyindən xəbər verir.

Paşinyanla münasibətləri soyuq olan və Robert Köçəryanın sağ əli hesab edilən V.Balasanyanın yenidən peyda olması təsadüfi deyil. Kreml perspektiv planda Paşinyana yaxın mövqeyə malik A.Harutunyanı postundan kənarlaşdırmağı və Balasanyanı oyuncaq rejimin başına gətirməyi nəzərdə tutur. Son günlər Balasanyan erməniləri silahlanmağa və itirilmiş əraziləri geri qaytarmaq üçün mübarizə aparmağa səsləyir. Hətta Balasanyan Rusiyanın və Ermənistanın köməyi ilə Azərbaycanın nəzarəti altına keçmiş əraziləri “yenidən azad edəcəkləri”ni deyib. Bu isə ona Rusiyanın siyasi və hərbi dəstək verdiyini bir daha təsdiq edir. Hətta Hadrutda Azərbaycan ordusunun mövqelərinə silahlı hücum edən terrorçu dəstələrin də məhz Balasanyanın tabeliyində olduğuna dair məlumatlar var.

Eyni zamanda, bölgədə Rusiya hərbçilərinin sayının artması da separatçı rejimin dirçəldilməsinə şərait yaradır. Artıq Rusiya sülhməramlılarının sayının 5 min nəfərə çatdığı bildirilir. Bu da Rusiyanın Dağlıq Qarabağda Azərbaycanla razılaşdırmadan hərbi baza yaratmaq niyyətini bir daha təsdiq edir. Lakin Azərbaycanın, eləcə də Dağlıq Qarabağda atəşkəsin monitorinqinə başlayan Türkiyənin qeyd edilən vəziyyətlə barışmayacağı aydındır. Hadisələrin belə inkişafı isə bölgədə yeni geosiyasi qarşıdurma ehtimalı yaradır.

“Azərbaycan artmaqda olan gərginliyə sərt reaksiya verməlidir”

Manevr.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cebhe.info-ya açıqlamasında bildirdi ki, Dağlıq Qarabağdakı proseslərin arxasında Vitali Balasanyanın dayanması haqqında dəlillər var. Lakin politoloq hesab edir ki, Azərbaycan artmaqda olan gərginliyə sərt reaksiya verməli, erməni silahlı dəstələrini tərksilah etmək üçün hərbi əməliyyat keçirməlidir:
Separatçılardan revanş cəhdi: “Bu, yeni müharibəyə səbəb ola bilər” - ŞƏRH

“Balasanyan bəyan edir ki, biz əraziləri geri qaytaracağıq. Bir gün sonra Xocavənddə Azərbaycan əsgərlərinə qarşı terror aktı baş verir. Bu sui-qəsdin də onun sifarişi ilə həyata keçirildiyi şübhə doğurmur. Lakin bizim üçün Dağlıq Qarabağda hakim qüvvənin kim olması fərq etmir. Bu, rus hərbçiləridir, yoxsa, Balasanyandır, ya Harutunyandır. Azərbaycan ciddi bəyanat verməli və bildirməlidir ki, bu təhlükələr qaldıqca biz öz tədbirlərimizi görəcəyik. Balasanyan da, meşələrdə gizlənənlər də tərksilah olunmalıdır. Faktiki olaraq, bu gün Dağlıq Qarabağdakı ermənilər Rusiyaya tabe olublar. Əgər əvvəllər onlar Ermənistanın tərkib hissəsi olduqlarını deyirdilərsə, indi Rusiyanın tərkibində olduqlarını iddia edilər. Hətta onlar Rusiya pasportu da ala bilər. Ona görə də Azərbaycan bu məsələləri ciddi nəzarət altına almalıdır. Rusiyaya çağırışlar edilməlidir ki, erməni separatçıları tərəfindən bu cür təxribatlar davam edərsə, bölgədə vəziyyət gərgin olaraq qalacaq və Azərbaycan tədbirlər görməli olacaq. Yəni Azərbaycan ermənilərin təxribat və terror aktlarına qarşı sərt reaksiya verməlidir”.

“Rusiya hesabat verməlidir”

Politoloq hesab edir ki, ermənilərin bu cür cəhdləri yeni müharibəyə səbəb ola bilər:

“Anlamalıdır ki, onların hərəkətləri növbəti müharibəyə səbəb ola bilər. Bu müharibədə onlar qorxurlar və maraqlı deyil. Amma Azərbaycan susqun mövqe nümayiş etdirsə, Araik Harutunyanın guya istehkamları bərpa etmək adı ilə yenidən təxribatlara əl atması halları artacaq. Türkiyə mətbuatının məlumatına görə, Rusiya hərbçilərinin sayı artıb. Halbuki noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, Rusiya hərbçilərinin sayı 1960 nəfər olmalıdır. Əgər həmin xəbər təsdiqini taparsa Rusiya bununla bağlı Azərbaycana hesabat verməlidir. Ancaq Qarabağda həyəcanverici xəbərlərin sayı artır. Doğrudur, Azərbaycan Vətən müharibəsində qalib gəldi. Ancaq görünür qarşıda növbəti, ağır mərhələ dayanır. Azərbaycan separatçıları tərksilah etməlidir. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın qanunlarına tabe olmalıdır, vətəndaşlıq pasportunu daşımalıdır, büdcənin formalaşmasında dövlətimiz iştirak etməlidir. Bunları etməyənə qədər təxribatların sayı arta bilər”.

“Bu, ermənilərə ciddi təzyiq aləti ola bilər”

Elxan Şahinoğlu qeyd etdi ki, Türkiyədən gəlmiş hərbçilərin fəaliyyəti Azərbaycana dəstək rolu oynamalıdır:

“Türk zabitləri seyrçi kimi gəlməyib. Dronlar havada müşahidə aparacaq. Silahlı erməniləri nəzarətə götürəcək və onların tərksilah olunması məsələsini gündəmə gətirəcək. Hətta mən hesab edirəm ki, Türkiyə və Rusiya hərbçiləri bütün məsələlərdə ortaq baxışa malik olmayacaq. Bu da Azərbaycanaın maraqlarına uyğundur. Çünki biz Rusiya sülhməramlılarının fəaliyyətindən narazıyıq. Bu boşluqları türk hərbçilər doldurmalı, onlara sərt xəbərdarlıq etməlidir. Türk müşahidəçilərin bu mövqeyi həm Rusiya sülhməramlılarına, həm də ermənilərə ciddi təzyiq aləti ola bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar