Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Mehriban Əliyeva prezident olmalıdır" - Hacı Əbdül

Tarix: 02-02-2017 18:57     Baxış: 5512 A- / A+
"Mehriban Əliyeva prezident olmalıdır"

“Mən Mehriban xanım Əliyevanı bu gün birinci vitse-prezident, sabah isə prezident vəzifəsində görürəm. Azərbaycanın xoşbəxt gələcəyi onun vitse-prezident və prezident olması ilə bağlıdır...”

Manevr.az bildirir ki, bunu moderator.az-a müsahibəsində “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül deyib.

Hacı Əbdül qeyd edib ki, bu gün Mehriban Əliyevanı dünyanın bütün ölkələrinin rəhbərləri tanıyırlar və o, onlarla yaxşı münasibətlərə malikdir.

Onun sözlərinə görə, Mehriban Əliyeva həmçinin, Qarabağ münaqişəsinin nizama salınmasını danışıqlar yolu ilə irəli çəkəcək.

Hacı Əbdül insanları hakimiyyətə gələcəkləri təqdirdə onlara “qızıl dağlar” vəd edənlərə inanmamağa çağırıb.

Onun sözlərinə görə, əgər bu gün vergiləri və gömrük rüsumlarını azaltmaq mümkün olsaydı, onda bu edilmiş olardı.

Manevr.az xatırladır ki, sabiq-deputat Hacı Əbdül Əbdülov keçmişdə sabiq prezident Ayaz Mütəllibovun qızğın tərəfdarı olub. 1980-ci illərin sonlarında "Tövbə" dini cəmiyyətini yaradıb və ona başçılıq edb. Sonradan isə Bakıdakı "İmam Hüseyn" məscidi dini icmasının lideri oldu.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar