Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər

Tarix: 30-12-2020 21:50     Baxış: 3391 A- / A+
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər

Dekabrın 29-da Həsən bəy Zərdabi İrs Mərkəzinin təşəbbüsü və Zərdab rayon Gənclər və İdman İdarəsi, Zərdab rayon Təhsil şöbəsi, Zərdab rayon Mədəniyyət İdarəsi, Türkiyənin nüfuzlu gənclər təşkilatlarından olan “Genç Memur-Sen Türkiye” Konfederasiyası nümayəndələrinin və ziyalılarının birgə iştirakı ilə “Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” online videokonfrans keçirilib.

Manevr.az-ın məlumatına görə, konfransın təşkilatçıları olan Həsən bəy Zərdabi İrs Mərkəzinin sədri Seymur Bayramov, həmtəsisçilər- millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Zərdabi nəslinin davamçısı Nüsrət Məlikov qonaqları salamladıqdan sonra, konfransın əhəmiyyətindən və məqsədindən söhbət açıb, tarixi qələbəmizə aparan yoldan danışıblar. Müzəffər Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin keçmişimiz, bu günümüz və gələcəyimiz üçün ən ali dəyər olduğunu, məhz onun qətiyyəti və iradəsi ilə ölkəmizin beynəlxalq nüfuz və əhəmiyyətinin daha da yüksəldiyini qeyd ediblər. Şanlı qələbənin məhz xalqımızın birliyi və həmrəyliyi, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi sayəsində əldə olunduğu xüsusi vurğulanıb. Konfransda çıxış edən Zərdab Rayon Gənclər və İdman Baş İdarəsinin rəisi İlkin Əliyev, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Zərdab rayonu üzrə rəhbəri Urfan Əhmədov 44 günlük müharibə dönəmində istər hərbi əməliyyatların keçirildiyi döyüş meydanlarında, istərsə də beynəlxalq siyasi aləmdə Azərbaycanın qazandığı nailiyyətləri ölkə rəhbərinin yürütdüyü daxili və xarici siyasətin, həyata keçirilən xüsusi əhəmiyyətli, strateji layihələrin nəticəsi kimi qiymətləndiriblər. Qeyd olunub ki, şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı, həssas yanaşma, sosial təminatın yaxşılaşdırılması üçün həyata keçiriləcək proqramlar vətəndaşlarımızın gələcəyə olan ümidlərini daha da artırır. Konfransda iştirak edən qardaş Türkiyədən tanınmış yazar Önder Karakartal, Genç Memur-Sen Konfederasiyasının Mərkəz Təşkilatının sədri Muhammed Taha Öndemir Azərbaycanla Türkiyənin
daim dostluq, qardaşlıq və əməkdaşlıq çərçivəsində bütün dünyaya birlik və həmrəylik nümayiş etdirərək, bu əzəli dostluğun, qardaşlığın və əməkdaşlığın əbədi olacağını, iki ölkə arasında uğurlu layihələrin həyata keçiriləcəyini qeyd ediblər. Türkiyəli gənclərin və ziyalıların sevincimizə qoşularaq bu qələbəni xüsusi coşqu və fəxrlə qeyd etdiklərini tədbir iştirakçılarına çatdırıblar. Tədbir zamanı çıxış edən Zərdab rayon gəncləri, müəllimlər və mədəniyət içciləri dövlətimizin tarixi qələbəsinin hər bir azərbaycanlı üçün qürur qaynağı olduğunu ifadə edib, hər zaman dövlətin və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini vurğulayıblar.

Manevr.az
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər
“Qarabağ Azərbaycandır! Həmrəylik görüşü” adlı videokonfrans keçirilib - Şəkillər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar