Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Meşələrdə gizlənən terrorçuları idarə edənlər var - Yeni müharibə ehtimalı...

Tarix: 28-12-2020 17:39     Baxış: 4167 A- / A+
Meşələrdə gizlənən terrorçuları idarə edənlər var - Yeni müharibə ehtimalı...

"İnformasiya siyasəti nədir? Son nümunə. Erməni separatçıları dünən Azərbaycan hərbçisini şəhid ediblər, sosial şəbəkənin Azərbaycan seqmentində dünən axşamdan başlayaraq qızğın müzakirələr gedir, Müdafiə Nazirliyi isə bir gün sonra təxminən səhər saat 11-də açıqlama yayıb".

Manevr.az[/color xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı erməni separatçıları ard-arda açıqlama yayırlar ki, onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçilərinə atəş açmayıblar:

"İddia edirlər ki, Azərbaycan tərəfi dezinformasiya yayır. Ermənilərin ard-arda yaydıqları açıqlamalar Rusiyanın informasiya məkanında geniş yayılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə ilk açıqlaması ilə kifayətlənib. Anlamaq lazımdır ki, informasiya savaşında dayanmaq və fasilə vermək olmaz. Haqlı olduğumuz halda bizi haqsız çıxarmağa çalışırlar. Rusiyanın və digər ölkələrin xəbər agentlikləri erməni tərəfinin açıqlamalarına istinad edirlər ki, “atəş açılmayıb”. Yalan və təxribat olduğu aşkardır. Ancaq bunu biz bilirik, əsas vəzifə ətraf aləmi buna inandırmaqdır. Çünki, təxribatlar davam etsə bölgədə yenidən müharibə ehtimalı artacaq. Ona görə də Azərbaycan Müdafiə Nazirliyi növbəti açıqlama yaymalı, hadisənin təfərrüatlarını bildirməli və öldürülən erməni terrorçuların kimliklərini bəyan etməlidir. Bunun üçün hətta Bakıda yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirilməlidir. Çünki, hərbçilərimizə qarşı təxribatların davam edəcəyi aşkardır, meşələrdə gizlənən terrorçuları idarə edənlər var. Bunların hamısı deyilməlidir, susmaq bizə fayda gətirməyəcək.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar