Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Rusiyanın siyasəti birbaşa dövlətimizin suverenliyinə qarşı Qarabağda fəaliyyətə keçib” - Politoloq

Tarix: 27-12-2020 22:43     Baxış: 3277 A- / A+
“Rusiyanın siyasəti birbaşa dövlətimizin suverenliyinə qarşı Qarabağda fəaliyyətə keçib” - Politoloq

"Rusiyanın Xankəndiyə göndərdiyi Fövqəladə Hallar nazirliyinin əməkdaşları burada ermənilərin sosial vəziyyətinin yaxşılaşdırılması və infrastrukturunun qurulmasını həyata keçirir. İlk növbədə bu, Rusiyanın sülhməramli missiyasına ziddir. Rusiya Dağlıq Qarabağda təkcə, öz sülhməramlı qüvvələri ilə təmsil olunmalıdır".

Manevr.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə bildirib.

"Bu gün Xocalıda "Qondarma separatçı rejimin FHN nümayəndəsi" Rusiya FHN əməkdaşlarına separatçı rejimin üzərində bayrağı olan medallar verərək təltif edib. İlk növbədə Rusiya FHN bu qanunsuz medalları alması, burada separatizmə dəstək vermək və tanımaqdır. Bu, Rusiyanın Dağlıq Qarabğada sülhməramlı fəaliyyətində nə qədər kənar olduğunu göstərir.

Rusiya bir dövlət olaraq bu qanunsuz medalları almaqla, ilk növbədə özünə hörmət etmir, həmçinin burada sülhə və təhlükəsizliyə töhfə vermədiyini, birbaşa Prezident İlham Əliyevin "status" olmayacaq bəyanatına qarşı hörmətsizliyidir. Çünki dövlət başçısı İlham Əliyev xalqına arxalanıb bu qalibiyyətli müharibədə geosiyasi şərtləri nəzərə alıb Vladimir Putinlə Bəyannaməyə imza atdı. Rusiya götürdüyü öhdəlikləri kobudcasına yerinə yetirmir.

Azərbaycan bu haqda Rusiyaya nota verməli, bu kimi qanunsuz medalları qəbul etdiyinə görə, Xarici işlər nazirliyi Rusiya səfirindən izahat tələb etməlidir. Moskvanın bu siyasəti qəbuledilməzdir və Azərbaycan xalqı bilməlidir ki, Rusiyanın siyasəti birbaşa dövlətimizin suverenliyinə qarşı Qarabağda fəaliyyətə keçib", - deyə politoloq vurğulayıb.yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar