Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat:"2020-ci il ölkəmiz üçün gərgin və eyni zamanda çox şərəfli bir il oldu"

Tarix: 26-12-2020 15:27     Baxış: 3182 A- / A+
Deputat:"2020-ci il ölkəmiz üçün gərgin və eyni zamanda çox şərəfli bir il oldu"

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı


Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2020-ci il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə, ən əsası isə Şanlı Qələbəmizlə əlamətdar olmuşdur.

Hesab edirəm ki, sürətlə dəyişən yeni çağırışlar şəraitində son 17 il müddətində cənab Prezidentin ardıcıl həyata keçirdiyi islahatların nəticəsində ölkəmizin hərtərəfli inkişafının bütün parametləri və aspektləri ardıcıl şəkildə inkişaf edib.

Heç şübhəsiz ki, 2020-ci ildə ağır geosiyasi və geoiqtisadi mənzərə fonunda, eyni zamanda bütün dünyada pandemiyanın tüğyan etdiyi bir dövrdə, xüsusən isə müharibə vəziyyətində olan bir dövlət üçün Azərbaycanın davamlı inkişafının, makroiqtisadi və maliyyə dayanıqlığının, xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşayışının təmin edilməsi hökümətin səmərəli fəaliyyətinin başlıca prioritetləri idi.

2020-ci il ölkəmiz üçün gərgin və eyni zamanda çox şərəfli bir il oldu. Dünyada, o cümlədən Azərbaycanda da COVID-19 pandemiyası bütün sahələrə təsir etdi. Bəzi dövlətlər ən vacib sosial xərcləri ödəməkdə çətinlik çəkdiyi halda, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ardıcıl iqtisadi islahatlar, sosial layihələr həyata keçirilir. Aztəminatlı və həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Dövlət cəmiyyətin ayrı-ayrı təbəqələrinin rifahının, yaşayış şəraitinin yaxşılaşdırılması, problemlərinin həlli, gündəlik qayğılarının aradan qaldırılması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. 2020-ci ilin büdcəsi də əsas etibarilə sosialyönümlü idi. Daha dəqiq desək, 2020-ci ilin büdcəsi müstəqillik tariximizin ən yüksək sosial və səhiyyə yönümlü büdcəsi idi.

2020-ci ildə bütün mövcud çətinliklərə baxmayaraq, ölkəmizdə makroiqtisadi sabitlik daha da gücləndirildi. İqtisadiyyatın kiçilməsi müşahidə edilsə belə, yüksək dayanıqlılıq göstərib. Bunu qeyri-neft sektoruna xüsusilə aid edə bilərik. Eyni zamanda milli iqtisadiyyatımızın rəqabətqabiliyyətli və ixracyönümlü istiqamətlərdə stimullaşdırılması və şaxələndirilməsi, sənayeləşmənin gücləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi olduqca müsbət məqamlar kimi dəyərləndirilməlidir.

Bir çox çətinliklər və problemlərin fonunda biz bu ili Qələbə ilə başa vururuq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etmiş və ərazi bütövlüyümüz təmin olunmuşdur. Biz həmişə “Qarabağın işğaldan azad edilməsi”ni müzakirə edirdik, hazırda isə “Qarabağda bərpa-quruculuq işlərin”dən danışırıq. Əsas vacib vəzifələrdən biri də şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğı ilə əhatə etməkdən ibarətdir. Artıq bu istiqamətdə ciddi işlərə başlanılıb, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycanın son illərdəki inkişaf modelinin əsas qayəsi ondan ibarətdir ki, uğurla həyata keçirilən dövlət siyasəti ölkəmizin güclü dövlətə çevrilməsinə və xalqımızın rifahının yüksəldilməsinə hesablanmışdır. İndi qarşıda duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərin bərpası, orada yaşayan insanların geri qayıtması, onların məşğulluğunun təmin edilməsidir.

Konseptual baxımdan bütün uğurlarımızın əsasında cənab Prezidentin sistemli və balanslaşdırılmış daxili və xarici siyasəti, onun xalqımız tərəfindən dəstəklənməsi, tükənməz vətəndaş etimadı və sarsılmaz iqtidar-xalq birliyi dayanır.

Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün də qətiyyətlə inanır ki, hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətlərində hörmətli dövlət başçımızın bilavasitə dəstəyilə həyata keçirilən qabaqlayıcı tədbirlər və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi öz müsbət nəticələrini verəcək, xalqımızın sağlamlığı bütövlükdə mühafizə olunacaq və bu qorxunc xəstəliyin cəmiyyətimiz üçün törədə biləcəyi bütün fəsadlar tezliklə aradan qaldıralacaqdır.

Əminəm ki, Azərbaycan hökuməti qarşıda duran bu və digər vəzifələrin, eləcə də cənab Prezindentin gələcək inkişafımızın yeni hədəflərilə bağlı imzaladığı fərman və sərəncamların, göstəriş və tapşırıqların icrasını layiqincə təmin edəcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar