Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Qarabağdakı müharibə Rusiya üçün ciddi dərs olmalıdır” - Polkovnik

Tarix: 23-12-2020 19:14     Baxış: 4196 A- / A+
“Qarabağdakı müharibə Rusiya üçün ciddi dərs olmalıdır” - Polkovnik

Rusiya Suriyada döyüş pilotsuz aparatlarının məhv edilməsi üzrə “əla nəticələr” göstərib. Lakin bunu Qarabağda etmək mümkün olmayıb, səbəb isə pilotsuz aparatlara qarşı vasitələrin keyfiyyətində deyil, onları idarə edənlərdədir.

Manevr.az xəbər verir ki, bu haqda “Komsomolskaya Pravda” radiosunun efirində istefada olan polkovnik, hərbi ekspert Viktor Baranets deyib.

Viktor Baranets bildirib ki, Qarabağda radioelektron mübarizə vasitələrini Rusiya mütəxəssisləri deyil, erməni ordusunun zabitləri idarə edirdi. Və əgər mütəxəssis yoxdursa texnikanın mövcudluğunun özü heç nəyi dəyişmir.

“Hesab edirsiniz ki, biz Dağlıq Qarabağda ermənilərə görə döyüşməli idik? Radioelektron mübarizə vasitəsi ilə işləmək bir işdir, hədəfi fiziki olaraq vurmaq başqa işdir. Savadlı və təcrübəli mütəxəssislər olmasa texnikanın mövcudıuğu kömək etməyəcək, erməni ordusunda isə belə mütəxəssislər sadəcə olaraq yox idi”,-o deyib.

Polkovnik Baranetsin fikrincə Dağlıq Qarabağdakı müharibə Rusiya üçün də ciddi dərs olmalıdır. Çünki bu müharibə pilotsuz uçan aparatların və radioelektron mübarizə vasitələrinin müasir müharibə şərtlərində əhəmiyyətini göstərib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi artıq müasir texniki vasitələrə, o cümlədən zərbə dronlarına qarşı etibarlı mübarizə aparmağa imkan verən yeni silahların işlənib hazırlanması ilə məşğul olur.

“Bizim üçün bu müharibə sabaha olan dərsdir, çox ciddi dərsdir. Və bizim aldığımız informasiyalara əsasən Rusiya Müdafiə Nazirliyi ciddi şəkildə bu məsələlərin həllinə girişib. Müdafiə Nazirliyinə uğurlar arzu edirik”,-Viktor Baranets əlavə edib.

Xatırladaq ki, Azərbaycan ordusu Ermənistanın Rusiyadan aldığı və PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulan radioelektron mübarizə vasitələrinin əksəriyyətini kamikadze-dronlar və ya “Bayraktar” zərbə pilotsuz təyyarələri ilə məhv edib. Nəticədə Rusiya silahlarının, o cümlədən radioelektron mübarizə vasitələrinin effektivliyi barədə Ermənistanda və hərbi çevrələrdə ciddi suallar yaranıb./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar