Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə ilə toqquşmadan qaçmaq üçün Rusiya bizi qurban verəcək” - Ermənilər təşviş içində

Tarix: 19-12-2020 18:27     Baxış: 4249 A- / A+
Türkiyə ilə toqquşmadan qaçmaq üçün Rusiya bizi qurban verəcək” - Ermənilər təşviş içində

"Rusiyanın Ermənistanın maraqlarına müdafiə edə bilməməsinin izahı sadədir: Rusiya daha qüdrətli imperiya deyil",- deyə analitik Saro Saroyan Ermənistan mətbuatına bildirib.

Manevr.az xəbər verir ki, analitikin fikrincə, Ermənistan cəmiyyəti Rusiyanın indiki halını qəbul etmək istəmir: "Rusiya daha əvvəlki deyil. Türkiyə hərbi qüvvələrinin Qafqazda hələ iyul ayında möhkəmlənməsi də bununla bağlıdır. 44 gün ərzində baş verənlər, sadəcə, Ankaranın hesablamalarının doğruluğunu təsdiqlədi. Rusiya sülhməramlılarının yerləşdirilməsi isə yalnız Rusiyanın imicini xilas etmək üçündür. Bununla Rusiya dünyaya göstərmək istəyir ki, guya regionda onun rolu və əhəmiyyəti azalmayıb. Amma reallıq fərqlidir".

Onun fikrincə, Rusiya ümid edirdi ki, sülhməramlıların yerləşdirilməsi vəziyyəti sabitləşdirəcək: "Amma burada da Moskvanın ehtimalları özünü doğrultmadı. Səbəbi odur ki, Türkiyə Rusiyanın onunla toqquşmadan çəkindiyini başa düşür. Ankara başa düşür ki, Rusiya Türkiyə ilə toqquşmadan yayınmaq üçün hər şeyə, o cümlədən Ermənistanı qurban verməyə hazırdır. Nəticədə Rusiya və Türkiyə arasında geopolitik alverdə biz xırda pula çevrilmişik. Rusiya Türkiyə ilə münasibətlərdə hətta nisbi sabitlik naminə hər şeyə razılaşacaq. Ərdoğan isə yaxşı başa düşür ki, artıq Rusiyanın gücsüz vaxtında onun əlindən tuta bilib və indi fürsət düşən kimi qolunu buracaq".

Analitik hesab edir ki, bütün bu illər ərzində öz təhlükəsizliklərinə görə məsuliyyəti Rusiyanın üzərinə qoymaqla fəlakətə düçar olublar: "Suveren qərarlar, məsuliyyəti tam olaraq öz üzərimizə götürməyimiz yeganə çıxış yoludur"./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar