Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvan Respulikası: Zəngəzur vilayəti yenidən yaradılsın

Tarix: 19-12-2020 15:46     Baxış: 3278 A- / A+
İrəvan Respulikası: Zəngəzur vilayəti yenidən yaradılsın

Təklif edirəm ki, Azərbaycanın tarixi Zəngəzur vilayəti yenidən təsis edilsin. Vilayət mərkəz olaraq da yeni Zəngəzur şəhəri salına bilər. Bu, ermənilərə son 100 ildə vuracağımız ən böyük zərbə olar. Beləcə onlar Qarabağın dərdini qoyub Zəngəzurun dərdinə düşərlər.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, Qərbi Azərbaycan (İrəvan) Türk Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib.

Q.Çaxmaqlı bildirib ki, Azərbaycanın tarixi torpağı olan Zəngəzur vilayətinin bir hissəsi bu gün bizdədir:

“Azərbaycanın tarixi Zəngəzur vilayəti Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri), Zəngilan, Qubadlı və Laçını əhatə edirdi. Bu vilayətin də dağlıq-aran kimi bölgələri olub. Müzəfər Ordumuzun düşmən üzərində şanlı qələbəsi ilə vaxtı ilə Zəngəzur vilayətinin bir parçası olan Zəngilan, Qubadlı və Laçın, eyni zamanda Qafan şəhəri və yerli hava limanı üzərində ərazi və yüksəkliklər Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçdi.

Təklif edirəm, işğaldan azad edilən və bir zamanlar tarixi Zəngəzur vilayətinin inzibati vahidinə daxil olan Zəngilan, Qubadlı və Laçın Zəngəzur vilayətində birləşdirilsin. Bu təklifin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti olacaq.

Məsələnin tarixi əhəmiyyəti ondan ibarətdir ki, biz gələcəkdə tarixi Zəngəzur vilayəti, onun tarixi inzibati ərazisi etnik tərkibi haqda dünyaya həqiqətləri çatdıra biləcəyik. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk kəndi, 91 kürd kəndi və ermənilərin köçürülməsi nəticəsində 81 erməni kəndi var idi. Lakin erməni vandalları tərəfindən 149 türk kəndinin böyük bir qismi dağıdılıb, hətta yer üzərindən silinib. Silinən ya da silinməyə üz tutan bu tariximizi yenidən canlandırmalıyıq.

Məsələnin siyasi tərəfi isə ondan ibarətdir ki, Azərbaycan bu yolla Zəngəzur məsələsini yenidən gündəmə gətirə bilər. Şübhəsiz, bu gün dünya ölkələrinin ərazi bütövlüyü tanınır və qəbul edilib. Lakin tarixi həqiqətlər və ədalət prinsipi də var. Zəngəzur vilayəti Azərbaycan xalqının iradəsi olmadan düşmənə verilib. Bu proseslər tarixi sənədlərlə də təsdiqlənib”.

Q.Çaxmaqlı deyib ki, işğaldan azad edilən torpaqlarımıza Böyük Qayıdış hərəkatında qərbi azərbaycanlılar da cəlb edilməlidir:

“Sevindirici haldır ki, bu gün işğaldan azad edilən ərazilərimizdə quruculuq işləri başlayıb və əminəm ki, qısa zamanda məcburi köçkünlərimizin dədə-baba torpaqlarına qayıdışını da görəcəyik. Lakin istərdim ki, işğaldan azad edilən ərazilərimizə, eyni zamanda tarixi Zəngəzur vilayətinin bir parçası olan ərazilərə qərbi azərbaycanlıların da könüllülk əsasında köçürülməsi təmin edilsin. Əminəm ki, Qərbi Azərbaycan həsrəti çəkən soydaşlarımız bu yolla həm dədə-baba torpaqlarına bir az daha yaxın ola, həm də vətənimizin dilbər guşəsi olan Qarabağımızın abadlaşdırılmasında, yenidən qurulmasında yaxından iştirak edə bilərlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar