Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putindən Qarabağ açıqlaması: “Vəziyyət nəzarət altından çıxdı”

Tarix: 17-12-2020 17:49     Baxış: 3214 A- / A+
Putindən Qarabağ açıqlaması: “Vəziyyət nəzarət altından çıxdı”

“Dağlıq Qarabağda müharibənin kənardan müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”.

Manevr.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında Dağlıq Qarabağda müharibənin niyə məhz indi baş verməsi barədə suala cavabında bildirib.

V. Putin Dağlıq Qarabağ münaqişəsi zonasında indiyə kimi də hərbi toqquşmaların baş verdiyini xatırladıb: “Vəziyyət nəzarət altından çıxdı. Gərginlik uzun illərdir davam edirdi. Bu, kənardan müdaxilə nəticəsində baş verməyib”.

Rusiya Prezidenti Ermənistanın özünün belə Dağlıq Qarabağın müstəqilliyini tanımadığına diqqət çəkib. Bildirib ki, ətraf rayonlar, habelə Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir.

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması məsələsinə də münasibət bildirib.

Deyib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması mümkündür.

Rusiya Prezidenti bu məsələnin münaqişə tərəfləri ilə müzakirə olunmalı olduğunu vurğulayıb: “Ümid edirəm ki, digər ölkələr və beynəlxalq təşkilatlar da Qarabağ məsələsində kömək edəcək”.

Rusiya Prezidenti digər ölkələrin və beynəlxalq təşkilatların sözdən işə keçəcəyinə və Qarabağ məsələsinə kömək etməyə başlayacağına ümid etdiyini bildirib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar