Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əgər İrəvan Bakıya bu dəhlizi 6 aya verməsə... - Video

Tarix: 15-12-2020 18:55     Baxış: 4210 A- / A+
Əgər İrəvan Bakıya bu dəhlizi 6 aya verməsə... - Video

Əgər Ermənistan Azərbaycana 6 ay ərzində Naxçıvana gedə bilmək üçün dəhliz verməsə, Azərbaycan Vyana Konvensiyasının 60.1-ci maddəsini əsas götürərək, Laçında verdiyi sərbəst keçid hüququnu dayandıra bilər. Yəni ermənilərin həmin koridorla hərəkətinə məhdudiyyət qoya bilər.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat rəsmi sənəddir:

“Yəni bu Bəyanatı imzalayan hər üç tərəf öz üzərinə öhdəlik götürüb. Məsələn, bəyanatın 4-cü bəndində qeyd edilir ki, erməni silahlı birləşmələri Rusiya sülhməramlı qüvvələrinin bölgəyə girişi ilə paralel çıxarılmalıdır. Yəni Rusiya erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasını öz öhdəsinə götürüb. Bəyanatın 9-cu bəndində isə deyilir ki, Azərbaycan Laçın koridoru ilə bağlı üzərinə öhdəlik götürür. Yəni Azərbaycan Laçın koridorunda nəqliyyatın, yüklərin daşınması üçün qarşı tərəfə zəmanət verir.

9-cu bəndə görə, Ermənistan Azərbaycana Qubadlı və ya Zəngilandan Naxçıvana sərbəst gediş-gəliş üçün yol və ya dəhliz verməlidir. Baxın, bu dəhlizi də Ermənistan silahlı qüvvələri yox, rus sülhməramlıları qorumalıdır. Nəticə etibarilə Ermənistan da üzərinə bu öhdəliyi götürüb. Lakin hazırkı vəziyyətdə və erməni mediasına baxdıqda, biz ermənilərin Naxçıvana quru yol bağlantısının yaranmasını istəmədiklərini müşahidə edirik. Xüsusilə də ölkə başçısının Zəfər paradında Zəngəzur ilə bağlı dediklərindən sonra erməni mediası Azərbaycanın guya bu əraziləri işğal etmək istədiyi barədə yalançı təbliğata başlayıb. Bu mənada Ermənistan rəhbərliyi bəyanatın bu bəndini pozmaq və ya yerinə yetirməmək üçün əlindən gələni etməyə çalışacaq. Bu baş tutarsa, Azərbaycan adekvat olaraq Vyana Konvensiyasının 60.1-ci maddəsini əsas götürərək, Laçında verdiyi sərbəst keçid hüququnu dayandıra bilər. Yəni tərəflərdən biri üzərinə götürdüyü öhdəliyi bu və ya başqa cür pozarsa, qarşı tərəf də eyni hüquqa sahib olacaq. Buna görə də Ermənistan Azərbaycana 6 ay ərzində Naxçıvana gedə bilmək üçün təhlükəsiz dəhliz verməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar