Xəbər lenti
Paşinyan əsir və itkin sayını niyə gizlədir? -ŞƏRH
"Ermənistan əsirlərin və itkin düşənlərin sayını düzgün demir".
Manevr.az xəbər verir ki, bnu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi təsdiqlənmiş əsirlərin mübadiləsi prosesinə başlanılacağı ilə bağlı paylaşımına aydınlıq gətirərkən deyib. Ekspertin sözlərinə görə, Ermənistan heç zaman beynəlxalq hüquq və normalara əməl etməyib:
"İndi də atəşkəsə əməl etmir. Hər zaman atəşkəsi pozur, əsirlərlə normal davranmır. Əsirlərin dəfələrə sayını gizlədib. Əsirlərin, itkin düşənlərin sayını düzgün demir. Ona görə də təsdiqlənmiş ifadəsini bu səbəbdən işlədir ki, beynəlxalq vasitəçiləri aldadıb, doğru olmayan məlumatlar yaymaqda davam edə bilsinlər. Onların xislətləri budur".
Emin Həsənli qeyd edib ki, Azərbaycan hər zaman hüquq normalarına əməl edib, əsir və mülki əhali ilə hümanist davranıb:
"Ermənistan heç zaman doğru davranış sərgiləməyib. Azərbaycan 10 noyabr bəyannaməsinin bütün bəndlərinə əməl edir. Azərbaycanın əsirlərlə davranışı göz önündədir. Hətta müharibənin gedişində belə yaşlı insanıları onlara qaytardıq. Azərbaycan dünya üçün bir nümunədir. Ermənistanın Xocalı soyqırımı zamanı, eləcə də digər ərazilərdə mülki əhaliyə olan münasibətini də bütün dünya bilir".
Qeyd edək ki, Nikol Paşinyan öz "Facebook" hesabından xalqa müraciət edərək, Ermənistan və Azərbaycanın əsirlərin mübadiləsi prosesinə başlayacağını bildirib. Baş nazir "Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”,- deyə bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar