Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

İran səfirindən Türkiyə paylaşımı

Tarix: 13-12-2020 21:42     Baxış: 3208 A- / A+
İran səfirindən Türkiyə paylaşımı

İranla Türkiyə arasında anlaşılmazlıq aradan qaldırılıb.

Manevr.az xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Tvitter səhifəsində yazıb.

Səfir paylaşımında Türkiyə və İran XİN başçılarının dünənki telefon söhbətində yanlış anlaşılmanın aradan qaldırıldığını qeyd edib:

"Son zamanlar yaşanan yanlış anlaşılma aradan qaldırıldı və hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, daha da gücləndirilməsinin önəmi vurğulandı”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın dekabrın 10-da Bakıda çıxışı zamanı səsləndirdiyi şeirə İran XİN-də siyasi xarakter verilib. Bununla bağlı dekabrın 11-də Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq izahat tələb olunub. Ardınca isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılaraq bunun yanlış anlaşılma olduğu bildirilib.

Lakin İran mətbuatında Türkiyə prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc olunub, eləcə də Türkiyənin Təbrizdəki konsulluğu qarşısında R.T.Ərdoğan əleyhinə şüarlar səsləndirilib. İran parlamentinin 286 millət vəkilindən 225-i Türkiyə prezidentini qınayıb.

Dünən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İran XİN başçısı Cavad Zərifə telefon danışığında yanlış anlaşılmanı siyasiləşdirməyə və Ərdoğana qarşı edilən yolverilməz davranışlara ciddi etirazını bildirib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar