Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı və Ankara arasında şok anlaşma: “Bir müddət sonra Xankəndi də...”

Tarix: 11-12-2020 18:50     Baxış: 4191 A- / A+
Bakı və Ankara arasında şok anlaşma: “Bir müddət sonra Xankəndi də...”

“Türkiyə və Azərbaycan arasında pasport rejiminin ləğvi iki qardaş ölkə arasındakı münasibətlərin dinamik inkişafının nəticəsidir. İki ölkə arasında formalaşan yeni siyasi platforma regiondakı digər xalqların bu platformaya inteqasiyası və yeni bir əməkdaşlıq formatının qurulmasına gətirib çıxara bilər”.

Manevr.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə söyləyib.

Onun sözlərinə görə, Ankara-Bakı platfotması Cənubi Qafqazda yeni bir siyasi kombinasiyanın qurulmasına təkan verəcək:

“Artıq demək olar ki, Gürcüstan burada yer alır, gələcək perspektivdə digər regional ölkələrin bu kombinasiyada özünə yer etməsi mümkündür. Ermənistan da Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkərsə, yeni regional əməkdaşlıq formatında iştirak imkanı əldə edə bilər. Belə bir format Türkiyənin bölgədə aparıcı dövlət kimi mövqeyini gücləndirə bilər. Bu isə Rusiyanında regionda hərbi iştirakını zəiflədəcək.

Hazırda Rusiya öz sülhməramlı qüvvələri ilə bölgədə özünə yer edib. Amma Rusiya burada erməniləri ciddi müdafiə edib, əlindəki imkanlardan öz məqsədləri üçün istifadə edərsə, regiondakı mövqeyini zəiflədəcək. İndi həmin kiçik ərazilərdə yaşayan ermənilər ciddi şəkildə yardıma möhtacdır. Belə bir vəziyyətdə Rusiyanın uzun müddət onlara yardım edəcəyini düşünmürəm.

Rusiyada uzun illər burada ermənilərə yardım edə bilməyəcək. Beləliklə, ermənilər Azərbaycanın suverenliyini qəbul edərək orada yaşamaq məcburiyyətindədirlər. Ermənilərin istəyib-istəməməsindən asılı olmayaraq, yeni siyasi kombinasiya bölgədə həlledici gücə çevriləcək və bu, bir müddət sonra Xankəndində Azərbaycan qanunlarının tətbiq olunmasına gətirib çıxaracaq”.

Məhəmməd Əsədullazadə hesab edir ki, hazırda Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla siyasi-iqtisadi əlaqələrin bərpasında maraqlıdır:

“Bu o deməkdir ki, Ermənistan Qarabağa, yaxud Azərbaycana və Türkiyəyə ərazi iddialarından imtina edir. Regionun siyasi nizamı dəyişdikcə, proseslər Azərbaycanın leyhinə işləyəcək, nəticədə Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar