Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan Türkiyəsiz qalmayacaq” - Ərdoğan sülhməramlılar barədə

Tarix: 11-12-2020 16:26     Baxış: 4182 A- / A+
“Azərbaycan Türkiyəsiz qalmayacaq” - Ərdoğan sülhməramlılar barədə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri sonrası jurnalistlərə açıqlamasında Azərbaycan-Türkiyə əməkdaşlığına dair sualları cavablandırıb.

Manevr.az xəbər verir ki, Ərdoğan mətbuata açıqlamasında Türkiyənin Qarabağla yanaşı bir çox digər məsələlərdə də Azərbaycanın daim yanında olduğunu vurğulayıb. Jurnalistin "Azərbaycan ictimaiyyəti arasında Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağa gəlməsinə görə narahatlıq var idi. Bu narahatlıqlar Türkiyənin iştirakı ilə bir qədər həll edildi. Azərbaycan türkləri gələcəkdə bu narahatlığın tam aradan qaldırılması üçün Türkiyənin əyani varlığını görə biləcəkmi?” sualına Ərdoğan belə cavab verib:

"Bilirsiniz ki, Azərbaycanla hərbi təlimlərə dair müqaviləmiz artıq var. Nəhayət, bu razılaşmanı parlamentimizdən də keçirdik. Bu əməkdaşlıq sayəsində təlim-tədris razılaşmamız aramızdakı həmrəyliyi daha fərqli bir platformaya daşıyacaq. Əməkdaşlıq çərçivəsində Rusiya ilə aramızdakı əlaqələri gücləndirdik. Bunu cənab Putinlə də müzakirə etdik.

Türkiyə sözügedən təlim-tədrisi hazırda Azərbaycan ərazisində həyata keçirdiyi kimi, Azərbaycan əsgərləri də Türkiyəyə gəlib təlim-tədris ala biləcəklər. Bütün bunlar aramızdakı həmrəyliyi gücləndirəcək. Artıq aramızda kəşfiyyat sahəsində də əməkdaşlığımız var. Bu səbəbdən Azərbaycan inşallah Türkiyəsiz qalmayacaq və bu birliyimiz hər sahədə davam edəcək. Bu əməkdaşlığı Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya daxil olmaqla hər sahədə davam etdirəcəyik. Yalnız prezident səviyyəsində deyil, bütün nazirlərimiz və digər şöbələrimiz bu əməkdaşlığı ürəkdən davam etdirəcəklər”,- deyə Ərdoğan qeyd edib./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar