Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Zəfər Paradına qarşı Rusiyanın pomidor müharibəsi...-ŞƏRH

Tarix: 09-12-2020 11:50     Baxış: 3252 A- / A+
Azərbaycanın Zəfər Paradına qarşı Rusiyanın pomidor müharibəsi...-ŞƏRH

Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etdiyini açıqlayıb. "Rosselxoznadzor”bu qərarını idxal olunan məhsullarda cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlaması ilə izah edir. Qurumun açıqlamasında qeyd olunur ki, "bu baxımdan, fitosanitar vəziyyəti qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”.

Manevr.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu Rusiyanın bu addımını siyasi təzyiq vasitəsi sayır:

"Rusiya bazarı Azərbaycan üçün qeyri-neft məhsullarının əsas ixrac bazarıdır. Bu bazara göndəriln kənd təsərrüfatı məhsulları arasında pomidor və alma xüsusi yer tutur. Azərbaycan iş adamları Rusiya bazarında pomidorun tədarük həcminə görə birinci yerdədir. Belə ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib.
Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir.

Hesab edirəm ki, bu qərarın dekabrın 10-da Bakıda keçiriləcək hərbi paradla əlaqəsi vardır. Çünki Azərbaycan ordusu tərəfindən qənimət kimi ələ keçirilən hərbi texnikalar yalnız Rusiyanın istehsalıdır və onların paradda nümayişi Rusiya hərbi sənaye kompleksini nüfuzdan salır. Odur ki, pomidor və alma qadağasını qələbə paradının əleyhinə olan Rusiyanın cavabı kimi də qəbul etmək olar”.

İqtisadçı ekspert Toğrul Vəliyev isə hesab edir ki, bu ilki təsir hələ yalnız dekabr ayı ilə məhdudlaşacaq:

"Təsiri başa düşmək üçün biz keçən ilin müvafiq göstəriciləri ilə müqayisə etmək lazımdır. Belə ki, 2019-cu ilin dekabr ayında Azərbaycan Rusiyaya 19 042,2 ton pomidor və 11 356,31 ton alma ixrac edib. İxrac olunan məhsulun dəyəri müvafiq olaraq 22 352,92 min və 4 889,43 min dollar təşkil edib. Başqa sözlə, Rusiyaya pomidor və alma ixracatı 2019-cu ilin dekabrında Azərbaycana 27,2 milyon dollar gətirib.

Başqa sözlə, bu ilin itkilərini ən azı bu həcmdə qiymətləndirmək olar. Amma başqa tərəfdən 2019-cu ilin 11 ayında Azərbaycan Rusiyaya 153 min ton pomidor ixrac etmişdisə, bu il artıq eyni göstəriciyə Azərbaycan 9 ay ərzində nail olmuşdu. Ümumiyyətlə, bu ilin 10 ayı ərzində pomidor ixracı 15% artıb. Maraqlıdır ki, alma ixracı da artıb (DSK detallı məlumatı yalnız 9 ay üzrə təqdim edib, bəlkə də oktyabrda Azərbaycan Rusiyaya daha çox alma çatdırıb).
Beləliklə, bu il biz pomidor və alma ixracından daha çox qazanmışıq və daha çox ixrac etmişik. Amma eyni zamanda indi dekabrda ixracdan mərhum ola bilərik. Dekabr isə satış cəhətdən çox vacib ay hesab olunur. 2020-ci ildə ölkə iqtisadiyyatının 30 milyon dollar qazancdan məhrum olması da ciddi problemdir”./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar