Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Ermənilər indi də sərhəddən nəsə qoparmağa çalışırlar” - Sarkisyan niyə Putinə məktub göndərib?

Tarix: 08-12-2020 21:52     Baxış: 4197 A- / A+
“Ermənilər indi də sərhəddən nəsə qoparmağa çalışırlar” - Sarkisyan niyə Putinə məktub göndərib?

"Ermənistanın hakimiyyət nümayəndələri özlərini alçaltmaqdan – hər məsələyə görə Moskvaya yalvarmaqdan yorulmadılar. Baş nazir Nikol Paşinyan müharibə günlərində Rusiya prezidenti Vladimir Putini telefon zəngləri ilə bezdirmişdi, indi də Ermənistan prezidenti Armen Sarkisyan növbəyə dayanıb. Sarkistan bu gün Putinə məktub göndərib".

Manevr.az xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Ermənistan prezidenti Aremen Sarkisyanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubu şərh edərkən deyib.

"Məktubun mahiyyəti budur ki, Sarkisyan Putinin Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində yardım etməsini istəyir. Sarskiyan məktubunda müharibənin dayandırılmasına görə Putinə bir daha minnətdar olduğunu yazaraq sərhəd məsələsini də toxunub: “Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində təhlükə yaradacaq mübahisələr yaranıb. Yeni gərginlik ocağının yaranmaması məqsədilə Sizin köməyinizə ehtiyacımız var”.

Bir dəfə güzəştə gedib Rusiya sülhməramlılarının bölgədə yerləşməsinə razılıq verdik, sərhəd məsələsinə üçüncü dövlətin qarışmasına imkan verməməliyik. Ermənilər işğal altındakı əraziləri itirdilər, indi də sərhəddən nəsə qoparmağa çalışırlar. Buna imkan verə bilmərik", - deyə E.Şahinoğlu vurğulayıb./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar