Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ayvazyan Moskvaya niyə gedir? - TƏFƏRRÜATLAR

Tarix: 07-12-2020 10:34     Baxış: 3186 A- / A+
Ayvazyan Moskvaya niyə gedir? - TƏFƏRRÜATLAR

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər naziri Ara Ayvazyanın 6-7 dekabr tarixlərində federasiyaya işgüzar səfəri ilə bağlı təfərrüatları açıqlayıb.

Manevr.az xəbər verir ki, açıqlamada səfərin Rusiya-Ermənistan siyasi dialoqunun məntiqi davamı olacağına inam bəsləndiyi bildirilib.

Məlumata görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin, Aİİ, KTMT və MDB vasitəsilə xarici siyasət qarşılıqlı fəaliyyətinin, BMT, ATƏT, Avropa Şurası, QDİƏT və digər beynəlxalq forumlarda mövqelərin əlaqələndirilməsinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, görüşdə beynəlxalq və regional məsələlərə dair əsaslı fikir mübadiləsi aparılacaq. Rusiya Xarici İşlər Nazirliyi ilə Ermənistan Xarici İşlər Nazirliyi arasında 2020-2021-ci illər üçün Məşvərətlər Planının həyata keçirilməsinə baxılacaq.

Görüşün əsas mövzularından biri Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin 10 noyabr tarixli Qarabağla bağlı birgə bəyanatının icrasının praktik aspektlərinə baxılması olacaq.

Nazirliyin şərhində deyilir ki, bu səfər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar sona çatdıqdan sonra ortaya çıxan yeni reallıqlar nəzərə alınmaqla yaxın əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş Rusiya-Ermənistan siyasi dialoqunun məntiqi davamı olacaq.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar