Xəbər lenti
Xudavəngə gələn ermənilər kimdən icazə almalıdır? – Açıqlama
Ermənilərin Kəlbəcərdəki Xudavəng monastrını ziyarət etmək üçün Rusiya sülhməramlılarından icazə almasına səbəb nə olub? Kəlbəcərin Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən sonra sülhməramlıların bölgədə tez-tez görünməsi çoxsaylı suallar doğurub.
Maraqlıdır, Xudavəng monastrını ziyarət edən ermənilər niyə Rusiya sülhməramlılarından icazə alırlar?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, ermənilər həmişə təxribata meyilli olublar və gələcəkdə də onlar tərəfindən hansısa təxribatın törədilib-törədilməyəcəyinə dair dəqiq fikir söyləmək mümkün deyil:
“Qarabağ ərazisində alban xristianlarının çoxlu sayda məbədləri var. Təəssüf ki, ermənilər işğal dönəmində bu abidələri erməniləşdirmək, Qriqoryanlaşdırmaq istəyiblər. Ancaq ortada tarixi faktlar var. Bu kilsələrin alban mədəniyyətinə məxsus olduğu heç kimdə şübhə doğurmur”.
Deputat qeyd edib ki, erməni keşişləri Azərbaycan ərazisindəki Xudavəng monastrına gəlmək üçün Azərbaycan tərəfindən icazə alıblar:
“Onların səfəri müəyyən suallar doğursa da, vəziyyət belədir. Lakin təbii ki, orada sülhməramlılar fəaliyyət göstərdiyinə görə ermənilərin ziyarəti rus sülhməramlılarının nəzarətində baş tutub. Eyni zamanda həmin vaxt Azərbaycanda mövcud olan udin xristianları da bu məbədə səfər ediblər, çünki onların bunu etməyə tam haqqı var. Hətta gələcəkdə hazırda Ermənistan ərazisi hesab olunsa da, tarixən Azərbaycan torpağı olmuş Zəngəzur və Göyçə mahalında olan məbədləri də Azərbaycan vətəndaşı olan udinlərin ziyarət edəcəkləri istisna deyil. Düşünürəm ki, bu, ümumiyyətlə regionda davamlı sülhün bərqərar olması üçün atılmış çox müsbət bir addım olar”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar