Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Tarix: 04-12-2020 20:44     Baxış: 4135 A- / A+
Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir.

Manevr.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nümayəndələri ilə qarşılıqlı əlaqə qurulub.

Nazirin qeyd etdiyi kimi, sülhməramlı kontingentin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verib:

"İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə hörmət edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədə sülhün qorunması üçün hər şeyi edirlər".

Rusiya Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, 30 mindən çox erməni Qarabağa qayıdıb.

Bundan əlavə, Rusiya hərbi qulluqçuları ərazini və yolları partlayıcı maddələrdən təmizləyirlər: "50 hektar ərazi və 17 kilometrdən çox yol təmizlənib.

Mindən çox partlayıcı obyekt zərərsizləşdirilib. Laçın dəhlizi və Xankəndinə gedən magistral yolun 28 km hissəsi təmizlənib. Mülki nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bundan əlavə, Şərqi Hərbi Dairənin müasir avadanlıq və əməliyyat bölmələri ilə təchiz olunmuş tibbi dəstəsi Qarabağda yerləşdirilib, mütəxəssisləri şəxsi heyətə və yerli əhaliyə tibbi yardım göstərməyə başlayıb".

S.Şoyqu həmçinin qeyd edib ki, sülhməramlıların köməyi ilə Ermənistanla Azərbaycan arasında ölənlərin mübadiləsi davam edir./oxu24

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar