Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq nazir Musabəyovu dəstəklədi: Türk hərbçilərinin gəlməsini istəyənləri “xroniki axmaq” adlandırdı

Tarix: 04-12-2020 17:54     Baxış: 4163 A- / A+
Sabiq nazir Musabəyovu dəstəklədi: Türk hərbçilərinin gəlməsini istəyənləri “xroniki axmaq” adlandırdı

“Millət vəkili Rasim Musabəyova qarşı çirkli, eyni zamanda uzaq hədəfləri olan təbliğat kampaniyası başladılıb və bu səbəbdən də mövqeyimi əks etdirən bir neçə tezisi qeyd etməyi lazım bilirəm”.

Manevr.az xəbər verir ki, bu sözləri sabiq Xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib. Onun sözlərinə görə, münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin hər birinin heyəti təxminən 25-30 min nəfərlik 4-5 korpusu, həmçinin Daxili İşlər Nazirliyinin və Sərhəd Mühafizəsinin bölmələri yerləşdirilib, Naxçıvanda hərbi qruplaşdırılma mövcuddur:

“Bu qüvvələr darmadağın edilmiş erməni ordusunun qalıqlarından bir neçə dəfə çoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, azad edilmiş bölgələrə qayıdanların təhlükəsizliyinə zəmanət verilir. Azad edilmiş bölgələrdə Türkiyə hərbçilərinin patrul xidməti aparmalarına hərbi ehtiyac yoxdur. Bu vəziyyətdə Türkiyə silahlı qüvvələrinin siyasi mövcudluğu amili onların müşahidə missiyasında iştirakı ilə və Türkiyə silahlı qüvvələrinin müşavirlərinin və Hərbi Hava Qüvvələrinin (F16) Gəncədə mövcudluğu ilə təmin edilir. Türkiyənin Azərbaycana siyasi dəstəyi dəfələrlə ən yüksək səviyyədə elan edilib. Türkiyənin baş verən hadisələrdə iştirakı Rusiya Federasiyası ilə razılaşmanın nəticəsi oldu ki, bu da yüksək səviyyədə qarşılıqlı əlaqənin göstəricisi və qələbəmizin əsas amillərindən biridir”.

Sabiq nazir əlavə edib ki, ermənilərdən başqa bu əməkdaşlığın əleyhdarları həmçinin bir sıra Qərb ölkələridir ki, onlar Türkiyə və Rusiyanın mövqelərindəki mövcud fikir ayrılıqlarını qəsdən şişirdərək bu əməkdaşlığı pozacaqlarına ümid edirlər:

“Bununla da türk hərbçilərinin təmas xəttində yerləşdirilməsi hər cür təxribatların törədilməsinə şərait yaradır. Ümumiyyətlə, Türkiyə hərbçilərinin Azərbaycan hərbçiləri ilə birlikdə münaqişənin Rusiya və Ermənistan iştirakçıları ilə üzbəüz yerləşdirilməsi fikri psixoloji baxımından qarşıdurma hissi və məhz bu konfiqurasiyaya uyğun olaraq soyuqluğun yaranmasına şərait yaradır. Bu isə bizim maraqlara cavab vermir. Qazandığımız qələbə, digər məsələlərlə yanaşı, iki əsas xarici siyasət amilinin - Türkiyənin qətiyyətli dəstəyinin və Azərbaycanla Rusiya arasındakı münasibətlərin müsbət inkişafı fonunda Rusiya ilə Ermənistan arasındakı münasibətlərin pisləşməsinin nəticəsidir. Ona görə yuxarıda göstərilən meyilləri hərtərəfli inkişaf etdirməliyik. Beləliklə, bu gün səslənən populist çağırışlar ya xroniki axmaqlığın, ya da yuxarıda göstərilən siyasi meyilləri sevməyən xarici müştəriləri məmnun etmək istəyinin nəticəsidir”./cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar