Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müşfiq Məmmədli:“Laçının işğaldan azad edilməsi sözün əsl mənasında tarixi hadisədir”

Tarix: 03-12-2020 20:05     Baxış: 3336 A- / A+
Müşfiq Məmmədli:“Laçının işğaldan azad edilməsi sözün əsl mənasında tarixi hadisədir”

“Laçın rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etməklə tarixi bir qələbəni tam təmin etmiş oldu. Xilaskar lider, müzəffər sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin həm hərb, həm diplomatiya müstəvisindəki müdrik siyasəti, cəsarət və qətiyyəti sayəsində əldə edilən uğurlar, qələbələr hesabına coğrafi relyef cəhətdən ən mürəkkəb əraziləri bir güllə atılmadan işğaldan azad edildi.Döyüş, diplomatiya meydanında məğlubiyyətə uğradılan düşmən məcburiyyət qarşısında qalaraq daha böyük itkilərlə, faciələrlə, fəlakətlərlə üzləşməmək üçün Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul edərək, Ağdam, Kəlbəcər, Laçın rayonundan bir güllə atılmadan işğalçı ordusunu çıxartmaq zorunda qaldı”.

Manevr.az xəbər verir ki, bunu “ölkə.az”a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Millət vəkilinin sözlərinə görə, Laçın rayonun işğladan azad edilməsi sözün əsl mənasında tarixi hadisə olmaqla yanaşı, Azərbaycan üçün çox böyük strateji əhəmiyyətə malikdir. “Çünki Laçının işğaldan azad edilməsi ilə Azərbaycan tam mənada ərazi bütövlüyünü təmin edib, dövlət sərhədlərinə nəzarət etmək imkanını əldə etdi. Həm də Xankəndi ilə İrəvan arasındakı yolu nəzarətə götürmüş oldu. Bu çox böyük tarixi uğurdur”- deputat qeyd edib.

Deputat əlavə edib ki, Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri olan rayon olduğundan bundan sonra ölkəmizin iqtisadiyyatının inkişafına, insanlaırn sosial rifah halının yaxşılşması baxımından öz töhfəsini verəcək rayonlardan biri olacaq: “Laçın meşə, su fondu, zəngin minerallara malik olduğundan iqtisadiyatın müxtəlif sahələri, o cümlədən kənd təsətrrüfatı, turizmin inkişafı baxımında mühüm rol oynayacaq”.

Millət vəkili bildirib ki, artıq Azərbaycan dövləti işğaldan azad edilən ərazilərin inkişaf proqramını hazırlamaqdadır: “Bildiyiniz kimi işğalçı Ermənistan işğal etdiyi ərazilərdə vəhşiliyə, vandalizm hərəkətlərinə əl ataraq oradakı bütün yaşayış məntəqlərini viranəliyə çevirib, tarixi-mədəni və dini abidələri məhv edib, dağıdıb. Azərbaycan hökuməti ilkin mərhələdə insanlaırn qaydışını təmin etmək üçün yaşayış yerlərini yenidən bərpa edib, zəruri infrastrukturu yaradacaq. Bununla paralel olaraq həmin ərazilərdə iqtisadiyyatı inkişaf etdirmək üçün müxtəlif iqtisadi layihələr reallaşdıracaq. Artıq cənab Prezidentin göstərişinə əsasən hökumət bu məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb və praktiki tədbirlərin həyata keçirilməsinə başlanılıb. Böyük qaydışı təmin etmək üçün dövlətin strateji yanaşması mövcuddur. Ən əsası da nəzərdə tutulan planları qısa zamanda həyata keçirməyə qadir müdrik, uzaqgörən, cəsarətli, qətiyyətli cənab Prezident İlham Əliyev kimi lideri var. Bax, bu əsas şərtdir. Məhz onun yürütdüyü uzaqgörən, məqsədyönlü, hədəflərə hesablanmış siyasət nəticəsində Azərbaycan qarşısında duran bütün məsələləri mərhələli şəkildə həll etdi. Azərbaycanı üzləşdiyi bütün problemlərdən və bəlalardan xilas etdi. Azərbaycan xalqı da onun xilaskar lider olduğunu görərək, ətrafında sıx birləşərək ölkəmizin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsini həll etdi. Cənab Ali Baş Komandanın liderliyi altında Qarabağ problemini həll etməklə bölgədə və dünyada yeni reallıq yaratmaqla yanaşı, yeni əməlkdaşlıq perspektivləri açmış oldu. Xilaskar lider, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bundan sonra da daha ciddi uğurlara, nailiyyətlərə imza atmaqla, dünyanın ən nüfuzlu, sayılıb seçilən ölkələrindən biri olacaq”- millət vəkili qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar