Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyə və Rusiya müşahidə mərkəzi ilə bağlı razılaşma imzaladılar

Tarix: 01-12-2020 17:47     Baxış: 3135 A- / A+
Türkiyə və Rusiya müşahidə mərkəzi ilə bağlı razılaşma imzaladılar

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Bundan əvvəl, noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun, Ağdam rayon mərkəzinə daxil olmuşdu. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilmişdi.

Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə müşahidə mərkəzinin qurulması üzrə razılaşma imzalayıblar. Bu məsələ noyabrın 9-da imzalanmış Azərbaycan-Ermənistan-Rusiya atəşkəs sazişində yer almışdı.

Türkiyə Müdafiə Nazirliyinin dekabrın 1-də yaydığı məlumata görə, Dağlıq Qarabağ sülh razılaşmasının icrası üçün danışıqlar tamamlanıb. Mərkəzin mümkün qədər tez işə salınmasından ötrü iş aparılır.

Bəyanatda deyilir ki, razılaşmada birgə mərkəzin qurulması və vəzifələrinin texniki detalları yer alır.

Ötən ay Türkiyə parlamenti Rusiya ilə birgə mərkəz yaratmaq və mərkəzin fəaliyyətini həyata keçirmək üçün Azərbaycana missiya göndərilməsini təsdiqləyib. Missiya bir illiyə yerləşdiriləcək, sayını prezident R.T.Ərdoğan müəyyənləşdirəcək.

Daha öncə verilmiş açıqlamalardan belə çıxır ki, bu müşahidə mərkəzi Azərbaycanın nəzarətində olan ərazilərdə qurulacaq.

Türkiyə prezidenti R.T.Ərdoğan deyirdi ki, Türkiyə qüvvələri Rusiya hərbçiləri ilə birlikdə Azərbaycan hökumətinin müəyyənləşdirdiyi ərazilərdə müşahidə və nəzarət fəaliyyəti həyata keçirəcəklər. Rusiya isə dəfələrlə bildirib ki, atəşkəs razılaşmasında Türkiyə hərbçilərinin münaqişə bölgəsinə yerləşdirilməsi nəzərdə tutulmayıb./azadliq.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar