Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

Tarix: 01-12-2020 16:46     Baxış: 4306 A- / A+
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi

Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək.

Manevr.az xəbər verir ki, hərbi mənbələrdən modern.az-a verilən məlumata görə, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı danışıb.

O, paradın tarixi barədə hələlik məlumatsız olduğunu deyib:

"Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildirmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik.

Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə olacaq, bunu rəsmi qurumlar açıqlayacaqlar”.

Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:

"Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyi ilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar