Xəbər lenti
“7 rayonu təhvil verməsək, Xankəndini itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı

Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Xankəndinin itirilməsinin mümkünlüyü barədə xəbərdar edib.
Manevr.az xəbər verir ki, bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib.
"2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə razılıq verməyə çağırdı. Biz Madrid prinsiplərinin erməni xalqının köklü maraqlarını ifadə etmədiyini söylədik. O bildirdi ki, siz "Kars, Kars" mahnısını dəfələrlə dinləmisiniz və Madrid prinsiplərini qəbul etməkdən imtina etsəniz, o zaman bir gün "Stepanakert, Stepanakert" (Xankəndi - red.) mahnısını eşidəcəksiniz. O, bunu qəfldən dedi", - Artur Tovmasyan "infoport.am" nəşrinə bildirib.
A.Tovmasyan 9 noyabrda Stepanakertin boş olduğu və Azərbaycan Ordusunun şəhərdən bir neçə kilometr məsafədə yerləşdiyi zaman Serj Sarkisyanın sözlərini xatırladığını etiraf edib.
Qeyd etmək lazımdır ki, Serj Sarkisyanın bəhs etdiyi mahnıda "Qars - erməni torpağıdır və sual səslənir ki, şəhər Ermənistanın tərkibinə nə vaxt qayıdacaq" deyilir./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































