Sizin Reklam Burada
Xəbər lenti
21-08-2025
20-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın neyrtal mövqe sərgiləməsinin əsas səbəbi - Deputat danışır

Tarix: 28-11-2020 19:39     Baxış: 4219 A- / A+
Rusiyanın neyrtal mövqe sərgiləməsinin əsas səbəbi - Deputat danışır

“Rusiya Prezidenti Vladimir Putin dəfələrlə öz açıqlamalarında Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu bildirib. Həmçinin, müharibə müddətində Rusiya neytral mövqe sərgilədi. Hesab edirəm ki, bunu qiymətləndirmək lazımdır.

Manevr.az xəbər verir ki, bunu millət vəkili Elşad Mirbəşiroğlu deyib. O, Rusiyanın Dağlıq Qarabağ məsələsində açıq şəkildə Azərbaycanı dəstəklədiyini bildirib:

“Hətta, ATƏT-in Minsk Qrupu həmsədirləri arasında 28 il ərzində ilk dəfə Rusiya açıq formada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Aprel döyüşləri də daxil olmaqla Ermənistan tərəfi bu günə qədər KTMT-ni proseslərə cəlb etməyə çalışırdı və istəyinə nail olacağına inanırdı. Amma Putin açıqlamasında müharibənin Ermənistan ərazində deyil, Azərbaycan ərazisində getdiyini bildirərək, münaqişəyə müdaxilə etməyəcəklərini dedi. Hesab edirəm ki, regionda sülhün və təhlükəsizliyin təmin olunmasında qardaş Türkiyə ilə bərabər Rusiyanında mühüm rolu var. Ölkə başçısı İlham Əliyev də bunu dəfələrlə vurğulayıb. Bu gün Rusiya və Türkiyənin yaxından əməkdaşlığı sayəsində münaqişənin tənzimlənməsi istiqamətində təsirli addım atılıb, birgə bəyanat imzalandı. Bu da Ermənistanın kapitulasiya sənədidir. Diqqət edin, həmin sənədin imzalandığı gündən bu yana Ermənistanda demək olar ki, hakimiyyətsizlik höküm sürür. Hökumətdə bir çox önəmli şəxslər istefa verir. Xalq da Paşinyanı xəyanətdə ittiham edir. Bu da açıq-aydın göstərir ki, sənəd Azərbaycanın maraqlarına cavab verir. Əks halda bu, təcavüzkar Ermənistanda hakimiyyətlə xalq arasında parçalanma yaratmazdı.

Sənədin imzalanmasında da Qardaş Türkiyə ilə Rusiyanın yaxından əməkdaşlığı, Azərbaycanın da hərbi gücü həlledici rol oynadı”./redaktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar