Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya XİN-dən Qarabağa dair yeni açıqlama

Tarix: 27-11-2020 16:47     Baxış: 4238 A- / A+
Rusiya XİN-dən Qarabağa dair yeni açıqlama


"Qarabağda müşahidə olunan müsbət tendensiyalar Dağlıq Qarabağ nizamlanmasında Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur".

Manevr.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həftə ərzində Dağlıq Qarabağda vəziyyət sabitləşməyə davam edib: "Atəşkəsin pozulması və Rusiya sülhməramlı kontingentinə qarşı təxribat qeydə alınmayıb. Üçtərəfli Bəyanatın əsas müddəalarının icrasını heç bir ciddi insident olmadan təmin etmək mümkün olur. Qeyd olunan müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur. Hazırda tərəflər üçtərəfli bəyanatın müddəalarını praktikada tam şəkildə həyata keçirirlər”.

Rusiya XİN rəsmisi daha sonra Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun ötən həftə ərzində Dağlıq Qarabağla bağlı təmasları haqqında məlumat verib. M. Zaxarova noyabrın 21-də Rusiya qurumlararası nümayəndə heyətinin Bakı və İrəvan səfərləri barədə danışıb./apa


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar