Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan Zəngəzuru Əliyevə verəcək” – Ermənistanın keçmiş naziri

Tarix: 27-11-2020 12:40     Baxış: 4212 A- / A+
“Paşinyan Zəngəzuru Əliyevə verəcək” – Ermənistanın keçmiş naziri

Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan Zod qızıl mədəni ilə bağlı baş verənlərə görə Nikol Paşinyanı sərt tənqid edib.

Manevr.az erməni mediasına istinadən xəbər verir ki, Ohannisyan Zod qızıl mədəninin yarısının Azərbaycana verilməsi ilə Ermənistanın dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyinin şübhə altına alındğını bildirib.

“Ali şər (Paşinyanı nəzərdə tutur - red)” Zod qızıl mədəninin yarısını hüquqi şəkildə Azərbaycana verməklə Ermənistan dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyini şübhə altına alıb.

Siz Əliyevin bizdən təzminat olaraq tələb etdiyi 50 milyard dolları necə hesabladığını düşünmüsünüzmü?

Dünən Müdafiə Nazirliyinin də təsdiqlədiyi kimi bu mədənin yarısı Azərbaycana məxsusdursa, o zaman bu cahilin (Paşinyanı nəzərdə tutur-red) buna qədər həmin mədəndəki istehsal prosesinin qanunsuz olduğuna imza atması deməkdir”, - deyə keçmiş nazir vurğulayıb.

Ohannisyan qeyd edib ki, Zod mədəninin istismarından dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısı qanunsuz gəlirdən əldə edilən vergi hesab edilə bilər.

“Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəcüblənməyin.

Nəzərinizə çatdırım ki, bu vergilər maaşlar, təqaüdlər, müavinətlər və digər sosial xərclər üçün istifadə edilib”, - deyə Ohannisyan əlavə edib.

Keçmiş nazir sonda deyib ki, Paşinyan Azərbaycana qaytarılacaq pulları əhalidən yığacaq: “Düşünməyin ki, “xilaskar” bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun əvəzinə Zəngəzuru Əliyevə verəcək”./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar